Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib
“Baku Steel Company” Türkmənistanda potensial tərəfdaşlarla görüşlər keçirib, yeni ixrac imkanlarını müzakirə edib. Azərbaycanın metallurgiya nəhəngi beynəlxalq sərgidə mükafat qazanıb.“Baku Steel Company” QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş “Türkmənistanın Neft və Qazı” (OGT 2026) 31-ci Beynəlxalq Konfrans və Sərgisində öz stendi ilə təmsil olunub.
Enerji sektorunun davamlı inkişafı, qlobal enerji bazarındakı aktual tendensiyalar və Türkmənistanın neft-qaz sənayesinə investisiya imkanlarına həsr olunan tədbir müxtəlif ölkələrdən sənaye şirkətlərini və biznes nümayəndələrini bir araya gətirib.
Baku Steel Company sərgidə armatur, katanka, boru, pəstah və ferrosilisium məhsullarını nümayiş etdirib. Stend ziyarətçilərinə məhsulların texniki xüsusiyyətləri, tətbiq sahələri və beynəlxalq keyfiyyət standartlarına uyğunluğu barədə məlumat verilib.
BSC-nin OGT 2026 üçün hazırladığı stend sərginin “Ən yaxşı stend dizaynı” mükafatına layiq görülüb. Mükafat stendin yaradıcı həllinə, peşəkar dizaynına və yüksək səviyyədə təqdimatına görə verilib.
Tədbir çərçivəsində şirkət nümayəndələri potensial tərəfdaşlarla B2B görüşlər keçirərək regional bazarlardakı tələbatı, mümkün əməkdaşlıq istiqamətlərini və qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.
OGT 2026-da iştirak Baku Steel Company üçün beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirmək, yeni işgüzar əlaqələr qurmaq və ixrac coğrafiyasını genişləndirmək baxımından əhəmiyyətli olub.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.
Ətraflı məlumat üçün: www.bakusteel.com
Sərgidən digər şəkillər:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















