“PAŞA Bank”ın səhmlərinin qiyməti artmaqda davam edir
Bakı Fond Birjasında (BFB) ticarət olunan “PAŞA Bank” ASC-nin səhmlərinin qiymətində artım davam edir.
Marja.az xəbər verir ki, 27 oktyabr 2026-cı il tarixinə olan açıq bazar məlumatına əsasən, bankın bir səhminin ortaçəkili qiyməti (istinad qiyməti) 55.20 manat təşkil edib. “PAŞA Bank” ASC-nin səhmləri orta istinad qiyməti (İQ) Oktyabr ayının ötən dövrü ərzində təxminən 5,5 faiz bahalaşıb. Oktyabrın 1-də orta istinadən qiyməti 52,33 manat təşkil etmişdi.
Qeyd edək ki, PAŞA Bank səhmlərinin iyun ayında keçirilmiş ilkin kütləvi təklif (IPO) zamanı yerləşdirmə qiyməti 55 manat olub. Səhmlərin istinad qiyməti İyulun 7-də 55,65 manata yüksəlmişdi, 28 sentyabrda 52,28 manatadək düşmüşdü.
Bu gün “PAŞA Bank” səhmlərinin alış qiyməti 54,11 manat, satış 55 manat təşkil edib.
Son məlumatlar ortaçəkili qiymətin bankın səhmlərinin ilkin yerləşdirmə qiymətini keçdiyini göstərir.
Dividend ödənişi investorların diqqət mərkəzindədir
PAŞA Bank-ın səhmləri üzrə ticarətə təsir göstərə biləcək mühüm amillərdən biri bankın növbəti dividend ödənişidir. Bank 2025-ci ilin maliyyə nəticələri üzrə dividend ödənişinin ikinci mərhələsini elan edib. Hər səhmə təxminən 2,86 manat dividend düşür. Ödənişin 30 oktyabr 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulur.
Lakin bu göstərici səhmin gələcək ümumi investisiya gəlirliliyi demək deyil. Dividend ödənişindən sonra səhmin bazar qiyməti dəyişə bilər. Həmçinin investorun faktiki gəlirliliyi səhmi hansı qiymətə əldə etməsindən, sonradan hansı qiymətə satmasından və əməliyyat xərclərindən asılıdır.
PAŞA Bank-ın IPO-suna 66 milyon manatdan çox sifariş verilmişdi
Xatırladaq ki, PAŞA Bank-ın səhmlərinin ilkin kütləvi təklifi 19 iyun 2026-cı ildə (listinq tarixi) başa çatıb. IPO çərçivəsində hər biri 55 manat olmaqla 932 min 926 ədəd adi səhm yerləşdirilib. Yerləşdirmənin ümumi məbləği 51 milyon 310 min 930 manat təşkil edib. Bankın rəsmi məlumatlarına əsasən, IPO çərçivəsində ümumilikdə 66 milyon 296 min 120 manatlıq sifariş daxil olub. Abunə yazılışında 17 min 960 investor iştirak edib. Bu isə təklif olunan səhmlərin dəyərindən təxminən 29,2 faiz artıq tələbin formalaşdığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















