Zərər ödənilərsə, barışıq olarsa məhkəmə humanistlik göstərə bilər - Barışdı, məhkəmə zalından azadlığa buraxıldı
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündürBakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edib.
İşin hallarına əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə üç nəfərin əmlakını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, yaxın münasibətdə olduğu qadının etibarından istifadə edərək maddi problemlərinin həlli məqsədilə ona məxsus qızıl-zinət əşyalarını girov qoymaq, sonradan isə geri qaytarmaq vədi verib. Lakin həmin əşyaları geri qaytarmayaraq zərərçəkmiş şəxsə ümumilikdə 57 600 manat məbləğində maddi ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını xahiş edib. Apellyasiya baxışı zamanı isə alternativ olaraq zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi və vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmaqla cəzanın şərti tətbiq edilməsi istənilib.
Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsinin təqsirlilik barədə gəldiyi nəticəni əsaslı hesab edib. Bununla yanaşı, cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olan hallara xüsusi diqqət yetirilib.
Müəyyən edilib ki, məhkum hər üç zərərçəkmiş şəxslə barışıq əldə edib və onlara vurulmuş maddi ziyanı tam həcmdə ödəyib. Zərərçəkmiş şəxslər notariat qaydasında təsdiqlənmiş ərizələrlə məhkumla barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.
Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsaslanaraq, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.
Həmçinin məhkumun əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb.
Məhkəmə vurğulayıb ki, cinayət cəzasının məqsədi yalnız şəxsin cəzalandırılması deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, məhkuma təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub.
Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















