Daha bir BOKT istiqraz buraxılışına hazırlaşır – Səhmdarların növbədənkənar yığıncağı çağırıldı
“Merkuri BOKT” noyabrın 23-də istiqraz buraxılışını müzakirə edəcək.“Merkuri BOKT” ASC (Bank Olmayan Kredit Təşkilatı) istiqraz emissiyası həyata keçirməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bununla bağlı məsələ təşkilatın 23 noyabr 2026-cı il tarixində keçiriləcək səhmdarlarının növbədənkənar ümumi yığıncağında müzakirə olunacaq.
Şirkətin yaydığı bildirişə əsasən, yığıncağın gündəliyinə “Merkuri BOKT” ASC-nin kütləvi təklif üsulu ilə istiqrazlarının emissiya edilməsi məsələsi daxil edilib. Bu, kredit təşkilatının kapital bazarı vasitəsilə maliyyə vəsaiti cəlb etmək niyyətində olduğunu göstərir.
Yığıncaqda istiqraz buraxılışı ilə yanaşı, təşkilatın fəaliyyətinə dair digər məsələlər də müzakirə olunacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağı noyabrın 23-də saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 71 ünvanında yerləşən “Merkuri BOKT” ASC-nin baş ofisinin inzibati binasında keçiriləcək.
Yığıncaqda iştirak etmək istəyən səhmdarlar müvafiq materiallarla tanış olmaq üçün şirkətin katibi ilə əlaqə saxlaya bilərlər.
Bildiriş “Merkuri BOKT” ASC-nin İdarə Heyətinin sədri Teymur Məcidov tərəfindən imzalanıb.
Qeyd edək ki, istiqraz emissiyasının ümumi həcmi, illik gəlirlilik faizi, tədavül müddəti və nominal dəyəri barədə məlumat açıqlanmayıb. Bu göstəricilər emissiya ilə bağlı müvafiq qərar qəbul edildikdən və sənədlər rəsmiləşdirildikdən sonra məlum ola bilər.
31 dekabr 2025-ci il tarixinə olan məlumata görə, “Merkuri BOKT” ASC-nin nizamnamə kapitalının 50%-i Məmməd Məmmədova, digər 50%-i Səbuhi Əzizova məxsus olub.
“Merkuri Bank Olmayan Kredit Təşkilatı” ASC 2025-ci ili 255 min 78 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilin yenidən bəyan olunmuş göstəricisi ilə müqayisədə 126 min 195 manat və ya 97,9% çoxdur.
2025-ci ildə “Merkuri BOKT”un faiz gəlirləri 3 milyon 563 min 173 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 358 min 385 manat və ya 11,2% çoxdur.
31 dekabr 2025-ci il tarixinə “Merkuri BOKT”un cəmi aktivləri 9 milyon 971 min 271 manat təşkil edib. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 1 milyon 109 min 685 manat və ya 12,5% çoxdur. Aktivlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər təşkil edib. Kredit portfeli 7 milyon 736 min 424 manatdan 8 milyon 891 min 731 manata yüksəlib. Artım 1 milyon 155 min 307 manat və ya 14,9% olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















