Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb
PAŞA Həyatın ödənişləri yığımlarına yaxınlaşıb. Şirkət 9 ayda 549 milyon manata yaxın ödəniş edib. PAŞA Həyatda ödənişlər 121 milyon manatdan çox artıb. Sığorta bazarındakı ödənişlərin 62%-i bir şirkətin payına düşüb.“PAŞA Həyat Sığorta” ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb.
Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin eyni dövründəki 427 milyon 62 min manatdan 548 milyon 526 min manata yüksəlib. Beləliklə, ödənişlər 121 milyon 464 min manat və ya 28,4% artıb.
Bu dövrdə şirkətin topladığı sığorta haqları isə 530 milyon 839 min manatdan 568 milyon 351 min manata çatıb. Artım 37 milyon 512 min manat və ya 7,1% təşkil edib.
Nəticədə ödənişlərin sığorta haqlarına nisbəti 80,5%-dən 96,5%-ə yüksəlib.
Müqayisə göstərir ki, şirkətin ödənişləri yığımlardan təxminən dörd dəfə sürətlə artıb.
2026-cı ilin ilk 9 ayında ölkənin bütün sığorta şirkətləri tərəfindən həyata keçirilmiş ödənişlərin 62,1%-i “PAŞA Həyat Sığorta”nın payına düşüb.
Həyat sığortasında yüksək ödəniş həcmi müddəti başa çatmış yığım müqavilələri ilə də əlaqəli ola bilər. Buna görə ödənişlərin yüksək olması təkbaşına zərərlilik göstəricisi kimi qiymətləndirilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















