Tramp: “İranı yenidən bombalaya bilərəm”
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalını istisna etməyib. O, Tehranla razılaşmanın əldə olunmasının da mümkün olduğunu bildirib.
Marja.az xəbər verir ki, Donald Tramp bu barədə həyat yoldaşı Melaniya Trampla birlikdə Florida ştatında aralıq seçkilərdə erkən səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ Prezidenti İranı hərbi və iqtisadi baxımdan, demək olar ki, məhv etdiklərini iddia edərək Tehranın imkanlarının ciddi şəkildə zəiflədiyini bildirib.
İrana qarşı yenidən hərbi əməliyyatların başlanıb-başlanmayacağı barədə suala cavab verən Tramp deyib:
“Bu işi sona qədər aparmalı ola bilərəm. Yaxud onlar razılaşmaya gələ bilərlər. Əmin deyiləm. İstənilən halda biz qalib gələcəyik. Ancaq İranı yenidən bombalama ehtimalım var”.
Trampın sözlərinə görə, İran ABŞ ilə razılaşma əldə etmək istəyir və belə bir razılaşmanın mümkünlüyü istisna edilmir. Bununla belə, o, Tehranın potensial razılaşmanın şərtlərinə əməl edəcəyinə əmin olmadığını vurğulayıb.
“Əgər onları rahat buraxsaydım, İran bu və ya digər yolla nüvə bombası hazırlamağın yolunu tapacaqdı”, – deyə ABŞ Prezidenti əlavə edib.
Trampın açıqlamaları Vaşinqtonla Tehran arasında münasibətlərin gərgin olaraq qaldığı və hərbi əməliyyatların yenidən genişlənməsi ehtimalının müzakirə edildiyi bir dövrə təsadüf edir.
Xatırladaq ki, Tramp oktyabrın 8-də ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl İrana yeni zərbələr endirməyəcəyini bildirmişdi.
Tramp Rusiya və Ukrayna ilə iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb
ABŞ Prezidenti Rusiya–Ukrayna müharibəsi başa çatdıqdan sonra Vaşinqtonun hər iki ölkə ilə iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu da bildirib.
Rusiyanın Alyaskada təbii qaz layihələrinə investisiya yatırmaq niyyəti ilə bağlı suala cavab verən Tramp deyib:
“Biz Rusiya və Ukraynanın razılığa gəldiyi günləri görmək istəyirik. O zaman hər ikisi ilə əməkdaşlıq edə bilərik. Müharibə başa çatdıqda həm Ukrayna, həm də Rusiya ilə iş görəcəyik”.
Tramp, həmçinin, Rusiya ilə Ukrayna arasında lokal atəşkəsin əldə olunmasında həyat yoldaşı Melaniya Trampın mühüm rol oynadığını bildirib.
Söhbət Rusiyanın nəzarətində olan Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi məqsədilə razılaşdırılmış lokal atəşkəsdən gedir.
Tramp atəşkəsin oktyabrın 27-də başlayacağını desə də, Reuters-in oktyabrın 23-də yaydığı məlumata əsasən, Ağ Ev razılaşmanın oktyabrın 29-da qüvvəyə minməsinin nəzərdə tutulduğunu açıqlayıb. Tərəflər icra vaxtını hələ dəqiqləşdirirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















