Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Daşkəsəndə dəmir filizi layihəsi ilə bağlı yeni açıqlama – Kəndin taleyi hələ müəyyənləşməyib. Mollahəsənli kəndində evlər və əhali ilə bağlı məlumatlar toplanacaq.22 oktyabr 2026-cı il tarixində bir sıra yerli media resurslarında Daşkəsən rayonunun Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılması ilə bağlı məlumatlar yayılıb.
“AzerGold” QSC-dən verilən məlumata görə, məsələ ilə əlaqədar “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-dən bildirilib ki, hazırda Mollahəsənli kəndinin köçürülməsi istiqamətində hər hansı aktiv icra prosesi həyata keçirilmir.
"Qeyd edək ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir ildən artıqdır texniki-iqtisadi əsaslandırma (TİƏ) işləri aparılır. Bu işlər layihə infrastrukturunun mümkün yerləşmə ərazilərinin müəyyənləşdirilməsi məqsədilə alternativ sahələrin texniki, iqtisadi və ekoloji baxımdan araşdırılmasını əhatə edir.
Araşdırmalar çərçivəsində ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, o cümlədən əmlak, yaşayış evləri və əhalinin sayı ilə bağlı ilkin məlumatların toplanması və təhlili nəzərdə tutulur. Bu məqsədlə, növbəti həftə mütəxəssislərin müvafiq icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə əraziyə səfəri planlaşdırılır.
Hazırda layihə infrastrukturunun yerləşdirilməsi üzrə müxtəlif alternativlər araşdırılır. Mollahəsənli kəndi ərazisində aparılması nəzərdə tutulan qiymətləndirmə də məhz bu tədqiqatların tərkib hissəsidir və özlüyündə kəndin köçürülməsi ilə bağlı qərarın qəbul edildiyi və ya icra prosesinə başlanıldığı anlamına gəlmir.
İnfrastruktur obyektlərinin yekun yerləşmə yerləri aparılacaq tədqiqatların nəticələri əsasında müəyyənləşdiriləcək və müvafiq dövlət qurumları ilə birgə nəzərdən keçiriləcək.
İctimaiyyətə təqdim olunan məlumatların düzgün anlaşılması üçün qeyd edirik ki, hazırda söhbət layihənin texniki-iqtisadi əsaslandırılması çərçivəsində aparılan ilkin qiymətləndirmə və araşdırmalardan gedir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək,"- qurumun məlumatında qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















