Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
Bakıda daşınmaz əmlak bazarının aktual məsələləri üzrə böyük sammit keçiriləcək, tikinti sektorunun əsas problemləri gündəmə gətiriləcək: Mənzil alıcılarının hüquqları və tikinti şirkətlərinin öhdəlikləri, mənzillərin vaxtında təhvil verilməsi və çıxarış problemləri, tikinti layihələrinin maliyyələşdirilməsi müzakirə ediləcək. Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər.5 noyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçiriləcək.
“Məsuliyyətlə qur. Etibarla tamamla.” şüarı ilə təşkil olunacaq sammit tikinti və daşınmaz əmlak sektorunun aktual məsələlərinin müzakirəsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də dayanıqlı inkişafı dəstəkləyən praktiki həllərin təşviqinə həsr olunacaq.
AIREX sərgisi çərçivəsində keçiriləcək tədbirdə dövlət qurumlarının, tikinti və daşınmaz əmlak şirkətlərinin, maliyyə institutlarının və sahə üzrə mütəxəssislərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Sammitin proqramı iki əsas panel müzakirəsini əhatə edir.
“Tullantıdan resursa” adlı birinci paneldə tikinti və söküntü tullantılarının səmərəli idarə olunması, çeşidlənməsi, daşınması və təkrar emalı məsələləri müzakirə ediləcək. Tullantıların izlənilməsi, rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi, təkrar emal edilmiş materialların iqtisadi dövriyyəyə qaytarılması və bu sahəyə investisiya imkanları panelin əsas mövzuları olacaq.
“Bünövrədən çıxarışa” adlı ikinci panel tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin vaxtında tamamlanması, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının tikintinin ilkin mərhələsindən etibarən rəsmiləşdirilməsi imkanlarına həsr olunacaq. Panel çərçivəsində dövlət qeydiyyatı mexanizmləri, layihələrin tamamlanmasına təminat verən maliyyə alətləri və beynəlxalq təcrübənin Azərbaycan bazarında tətbiqi imkanları müzakirə ediləcək.
Tədbir çərçivəsində PMD Projects-in direktoru Nəriman Topçibaşevin açılış nitqi ilə çıxış etməsi və şirkətin “Layihə rəhbərinin əl kitabı” adlı nəşrinin təqdimatı da nəzərdə tutulur.
PMD Projects III Dayanıqlı Tikinti Sammiti vasitəsilə tikinti sektorunda məsuliyyətli idarəetmə yanaşmalarının təşviqinə, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına, eləcə də dayanıqlı tikinti prinsiplərinin tətbiqinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, PMD Projects 2018-ci ildən PMD Group-un törəmə şirkəti kimi fəaliyyət göstərən, keyfiyyətə, innovasiyaya və davamlılığa sadiqliyi ilə tanınan aparıcı tikinti və layihə idarəetmə şirkətidir. Şirkət yaşayış və ticarət binaları, otellər, kənd təsərrüfatı və sənaye obyektlərinin layihələndirilməsi və tikintisini həyata keçirir. Həmçinin müxtəlif regionlarda və beynəlxalq miqyasda yüksək keyfiyyətli təmir və texniki xidmətlər təqdim edir.
PMD Projects haqqında daha ətraflı məlumat üçün: www.pmdprojects.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















