Səhmləri 40% bahalaşan eBay 1000 əməkdaşını işdən çıxarır
Elektron ticarət nəhəngi yenidən işçi ixtisarına başlayır - eBay-də kütləvi ixtisar – İşçilərin 9%-i işini itirəcəkABŞ-ın elektron ticarət nəhəngi eBay əməliyyatlarını sadələşdirmək və maliyyə resurslarını daha sürətlə böyüyən biznes istiqamətlərinə yönəltmək məqsədilə işçi qüvvəsinin təxminən 9%-ni ixtisar etməyi planlaşdırır.
Marja.az Reuters agentliyinə istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru (CEO) Ceymi İannone (Jamie Iannone) əməkdaşlara göndərdiyi daxili məktubda ixtisar qərarını açıqlayıb.
Şirkətin sözçüsü isə Reuters-ə verdiyi açıqlamada təxminən 1000 əməkdaşın işdən çıxarılacağını təsdiqləyib.
Ötən ilin sonunda 12 min 300 nəfər işçisi olan eBay daha əvvəl də yenidən strukturlaşdırma tədbirləri həyata keçirib. Şirkət fevral ayında işçi qüvvəsinin təxminən 6%-nə bərabər olan 800 əməkdaşını ixtisar edib.
eBay səhmləri təxminən 40% bahalaşıb
eBay təsdiqlənmiş orijinal lüks məhsullar, kolleksiya əşyaları və yenilənmiş məhsulların satışına üstünlük verməklə rəqiblərindən fərqlənməyə çalışır.
Şirkətin daha yüksək qiymətli məhsullar almağa hazır olan istehlakçılara yönəlmiş strategiyası səhmlərinin ilin əvvəlindən təxminən 40% bahalaşmasına töhfə verib.
İannone əməkdaşlara ünvanladığı məktubda şirkətin inkişaf strategiyasının nəticə verdiyini bildirib.
“Strategiyamız işləyir”, – deyə baş icraçı direktor vurğulayıb.
O qeyd edib ki, eBay-in qarşısında duran böyümə imkanlarından istifadə edə bilməsi üçün investisiya qoyulacaq və diqqət yönəldiləcək sahələrin seçilməsində düşünülmüş qərarlar qəbul etmək lazımdır.
İannonenin sözlərinə görə, ixtisarlardan təsirlənəcək əməkdaşlara yaxın günlərdə məlumat veriləcək.
Şirkət gələcəkdə də resurslarını yüksək böyümə potensialına malik istiqamətlərə yönəltməyi davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO

























