Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda BOKT-lar üçün yeni islahatlar gəlir. BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, AMB xaricdən borclanan BOKT-ların valyuta risklərini hedcinq yolu ilə sığortalayır, bununla da onların maliyyələşmə xərclərini dolayısı ilə aşağı salır, eyni zamanda bankların rəqabət qabiliyyətini qoruyur.

"Bu nə deməkdir? Əgər xarici maliyyələşmə zəif olsaydı və xaricdən vəsait cəlb etmək mümkün olmasaydı, banklar deyə bilərdilər ki, BOKT-ların başqa maliyyələşmə mənbəyi yoxdur və buna görə də daha yüksək faiz tətbiq edə bilərlər. Lakin xarici maliyyələşməni dəstəkləyən tədbirləri, o cümlədən hedcinq imkanlarını yaratmaqla bazarda alternativ maliyyələşmə imkanlarını qoruyuruq. Nəticədə BOKT-lar maliyyələşmə üçün alternativ mənbələrdən istifadə edə bilir və bankların daha yüksək faiz tətbiq etmək imkanları məhdudlaşır. Bu da kredit faizlərinə və təklif olunan kreditlərin məbləğinə təsir göstərə bilər", - deyə AMB rəsmisi əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, mikro kreditlərin verilməsi ilə məşğul olan təşkilatlar üçün qanunvericilikdə müəyyən düzəlişlər edilməsi, banklararası rəqabətin gücləndirilməsi, həm də əlavə əməliyyat imkanlarının yaradılması nəzərdə tutulur:

"Bu məsələlər bizim gündəliyimizdədir və müvafiq çərçivədə İqtisadi Şura ilə müzakirələr aparılacaq. Sadəcə, qanunvericiliyə dəyişikliklərin edilməsi müəyyən vaxt tələb etdiyindən proses bir qədər uzun çəkir. Lakin gələn ilin sonunadək bu prosesin tamamlanması nəzərdə tutulur".

M.Mahmudzadə maliyyə sektorunun maliyyələşdirilməsi üçün ayrıca fond yaradılması ehtimalına da münasibət bildirib: "Dünyada belə bir təcrübə yoxdur. AMB sterilizasiya və yaxud likvidliyin idarə olunması mexanizmləri çərçivəsində banklara borc verir. Sterilizasiya məqsədi ilə istifadə olunan vəsaitlər bizim hesablarda saxlanılır".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Azərbaycan Mərkəzi Bankı AMB Şahin Mahmudzadə BOKT bank olmayan kredit təşkilatları mikrokreditlər BOKT qanunvericiliyi BOKT maliyyələşməsi xarici borclanma hedcinq valyuta riskləri kredit faizləri alternativ maliyyələşmə maliyyə bazarında rəqabət İqtisadi Şura Maliyyə Sabitliyi Hesabatı 2026
15.10.2026 15:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19