InvestAZ PRO yeni kampaniya filmini təqdim etdi: “Nəzarət səndədir” - “pro” anlayışına yeni yanaşma
Üç dünya səviyyəli idmançı InvestAZ PRO üçün bir araya gəldi. Rafael Ağayev, Vəfa Musayeva və Tofiq Əliyev InvestAZ PRO kampaniyasında. InvestAZ “PRO APP” yeni kampaniya filmində peşəkar qərarların arxasındakı yanaşmanı göstərir. InvestAZ PRO ilə müxtəlif maliyyə bazarları bir hesabdan idarə olunur“Invest-AZ İnvestisiya Şirkəti” QSC media nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirdə InvestAZ PRO tətbiqinə həsr olunmuş yeni kampaniya filmini təqdim etdi. Tədbir zamanı qonaqlara kampaniyanın kreativ ideyası və əsas mesajı təqdim olundu, daha sonra filmin ilk nümayişi keçirildi.
Filmdə karate üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael Ağayev, Everest zirvəsini fəth edən alpinist Vəfa Musayeva və tamblinq gimnastikası üzrə ikiqat dünya çempionu Tofiq Əliyev yer alırlar.
Üç fərqli idman sahəsini təmsil edən bu simaları birləşdirən yalnız qazandıqları nəticələr deyil, uğura gedən yolda keçdikləri görünməz mərhələlərdir. Bu yol məqsədi dəqiq müəyyənləşdirmək, riski qiymətləndirmək, strategiya qurmaq və doğru anda hərəkətə keçməkdən ibarətdir.
Zirvəyə aparan hazırlıq, tatamidə bir anda verilən qərar və tamblinqdə səhvə yer verməyən dəqiqlik filmdə vahid fikrə çevrilir: nəzarət hər zaman nəticədən əvvəl başlayır.
Üç uğur hekayəsi - bir qərarvermə sistemi.
“Nəzarət səndədir” kampaniyası hər üç qəhrəmanın real həyatda tətbiq etdiyi düşüncə və qərarvermə sistemini investisiya dünyasına daşıyır. Vəfa Musayevanın riskləri əvvəlcədən hesablaması, Rafael Ağayevin doğru anı seçmək bacarığı və Tofiq Əliyevin ən mürəkkəb elementi belə dəqiqliklə icra etməsi ortaq bir prinsipə bağlanır: potensial yalnız onu idarə edə bildikdə nəticəyə çevrilir.
Bu film üç fərqli dünyanı vahid ritmdə birləşdirərək “InvestAZ PRO APP”in əsas məhsul vədini önə çıxarır: bazarın izlənməsindən əməliyyatların icrasına, hesab və vəsaitlərin idarə olunmasına qədər bütün prosesi bir platformadan nəzarətdə saxlamaq.
Müxtəlif maliyyə bazarları - bir hesab, tam nəzarət
InvestAZ PRO App istifadəçilərə müxtəlif maliyyə bazarlarına çıxış əldə etmək, qiymət dəyişikliklərini real vaxtda izləmək, seçilmiş alətlər siyahısı yaratmaq, bazar və gözləmə əmrləri yerləşdirmək, həmçinin əməliyyat tarixçəsinə baxmaq imkanı verir.
İstifadəçilər çoxçeşidli maliyyə alətləri üzrə ticarət əməliyyatlarını, mədaxil-məxaric, hesablararası köçürmələri və balanslarını vahid platformadan idarə edə bilirlər.
Tətbiqdən qeydiyyatsız qonaq rejimində istifadə etmək və real vəsait olmadan strategiyaları sınaqdan keçirmək üçün demo hesab açmaq da mümkündür.
Hər kəs Pro ola bilər, bunun üçün potensialını kəşf etməli, nəzarəti əlinə almalısan.
Kampaniya investisiyanı təsadüfi seçimlər deyil, məlumat, hazırlıq və intizam tələb edən proses kimi təqdim edir. Burada “pro” anlayışı təcrübə səviyyəsindən daha çox qərarlara yanaşma tərzini ifadə edir.
InvestAZ PRO tətbiqini App Store və Google Play-dən yükləmək mümkündür.
InvestAZ haqqında
“Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya №:087986) Azərbaycanda investisiya xidmətləri göstərən lisenziyalı investisiya şirkətidir. Şirkət müxtəlif səviyyələr üzrə təcrübəyə malik müştərilərinə əlverişli qiymətlər, keyfiyyətli icra mühiti, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
30 d. əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
45 d. əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 49 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
18 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib






















