Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi

“Invest-AZ” yeni mərhələyə keçir: “InvestAZ PRO” təqdim olundu. Şirkət “InvestOR”u “InvestAZ PRO” əvəz edir. Maliyyə bazarları, hesab və treydinq bir tətbiqdədir. Tanınmış idmançılar - Rafael Ağayev, Vəfa Musayeva və Tofiq Əliyev “InvestAZ PRO”nun simalarıdır. Rafael Ağayev strategiyanı, Vəfa Musayeva səbri, Tofiq Əliyev riski təmsil edir.
AzVak-mobil_resmin_ustu_31
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bu gün rəqəmsallaşma həyatın hər sahəsini əhatə edir. Eyni zamanda, gündəlik işlərdə sürət və rahatlıq daha vacib əhəmiyyət daşıyır. Bunları nəzərə alan “Invest-AZ İnvestisiya Şirkəti” QSC tətbiqini yeniləyib. Belə ki, şirkətin “InvestOR” tətbiqi “InvestAZ PRO” tətbiqi ilə əvəz edilib. Bu münasibətlə yeni reklam filmləri də hazırlanıb. 22 sentyabr 2026-cı il tarixində “Nəzarət Səndədir” şüarı ilə “InvestAZ PRO”nun yeni reklam filmlərinin təqdimatı keçirilib.

Marja.az-ın məlumatına görə, “InvestAZ PRO” tətbiqinin reklam filmləri 3 tanınmış simanın iştirakı ilə hazırlanıb. Bu simaların birincisində risk, ikincisində səbr, üçüncüsündə isə strategiya var.

Reklam_3_11

Şirkətin reklam kampaniyasının simaları karate üzrə Azərbaycanın qüruru, beşqat dünya və ikiqat Avropa çempionu Rafael Ağayev, ölkəmizi zirvələrdə təmsil edən, Everest zirvəsini fəth etmiş alpinist Vəfa Musayeva və ikiqat dünya çempionu gimnast Tofiq Əliyevdir.

Qeyd edilib ki, 3 simanı “InvestAZ PRO” ilə risk, səbr və strategiya birləşdirir. Rafael Ağayev strategiyanı, Vəfa Musayeva səbri, Tofiq Əliyev isə riski təmsil edir – üçü də “InvestAZ PRO”da var.

Rafael Ağayevin iştirakı ilə çəkilən reklam işində bildirilir:

“Güc vacibdir. Bu gücü strategiyaya çevirmək üçün isə doğru anda doğru qərarlar verməlisən. Məhz bu zaman güc nəzarətə, nəzarət isə nəticəyə çevrilir. Sən də yatırımda Pro olmaq istəyirsənsə, indi “InvestAZ PRO” ilə nəzarət səndədir”.

Vəfa Musayevanın iştirakı ilə çəkilən reklam filmində deyilir:

“Gözün yüksəklərdədirsə, ağıllı plan qurmalı, inamla irəliləməlisən. Çünki Azərbaycan qadını inandıqda hər şeyi bacarır. Məhz bu zaman qərarları gücə çevrilir və o, zirvələri fəth edir. Sən də yatırımda Pro olmaq istəyirsənsə, indi “InvestAZ PRO” ilə nəzarət səndədir”.

Tofiq Əliyevin iştirakı ilə hazırlanmış reklam çarxında qeyd olunur:

“Uğur düzgün zamanda alınan risk ilə gəlir. Bunun üçün hər qərarı düşünməli, hər addımını hesablamalısan. Məhz o zaman özünə inam gücə çevrilir və qərarların səni qələbəyə aparır. Sən də yatırımda Pro olmaq istəyirsənsə, indi “InvestAZ PRO” ilə nəzarət səndədir”.

Reklam işinin simaları çıxış edərək layihədə yer almalarından, çarxların çəkilişindən bəhs ediblər və jurnalistlərin suallarını cavablandırıblar.

“Təklif gələndə araşdırma etdim. Araşdırmamdan sonra belə bir layihənin bir parçası olmaq barədə qərar verdim. Qərarımdan və bu işdə iştirak etməyimdən qürur duyuram”, – Vəfa Musayeva bildirib.

“Təkliflər, xüsusilə reklam təklifləri gələndə çox düşünürəm. Hər şey maddiyyat deyil. Təklifə müsbət cavab verdim, qısa müddətdə dostlar qazandım. Bu, milyonlara dəyər. Məni dəvət etdiyinizə görə təşəkkür edirəm”, – Rafael Ağayev deyib.

“Bu, mənə ilk böyük reklam təklifi idi. Belə bir heyətlə reklam işində iştirak etmək mənim üçün fəxrdir”, – Tofiq Əliyev bildirib.

“InvestAZ PRO” tətbiqi “InvestOR” tətbiqindən daha innovativ və çoxfunksiyalıdır. “InvestAZ PRO”da ən mühüm yeniliklərdən biri artıq istifadəçilərin birbaşa tətbiqdə ticarət apara bilməsidir. Əgər köhnə platformada (“InvestOR”) əməliyyatlar “MetaTrader 4” platformasına keçid edilərək həyata keçirilirdisə, artıq bu platforma “MetaTrader 4”ə inteqrasiya edilib və birbaşa tətbiqdə treydinq (al və sat) aparmaq mümkündür. Həmçinin qeydiyyat tam onlayn şəkildə aparılır, hesab üzrə əməliyyatlar həyata keçirmək üçün imkanlar daha geniş və rahatdır.

Təqdimatda qeyd edilib ki, maliyyə əməliyyatlarına çıxışı daha sürətli, əlçatan və rahat edən “InvestAZ PRO” tətbiqi innovativ məhsuldur:

“Bu tətbiq istifadəçiyə bazarı daha rahat izləməyi, qərarları bir platformadan idarə etmək rahatlığını təqdim edir. Bu tətbiq vasitəsilə müxtəlif maliyyə bazarlarına çıxış əldə etmək, qiymət dəyişikliklərini real vaxt rejimində izləmək mümkündür. Seçilmiş alətlər siyahısı yaradılıb. Yeni tətbiqimizə treydinq də əlavə edilib. Əmrləri yerləşdirmək, bağlamaq, bu zaman hesabı, balansı, mədaxil-məxarici, hesablararası köçürmələri tətbiqdən idarə etmək mümkündür”.

Qeyd edək ki, “Invest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycanda investisiya, brokerlik və maliyyə məsləhəti xidmətləri göstərən lisenziyalı səhmdar cəmiyyətidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Invest-AZ InvestAZ PRO InvestOR Invest-AZ İnvestisiya Şirkəti investisiya tətbiqi treydinq tətbiqi MetaTrader 4 onlayn treydinq mobil treydinq investisiya platforması brokerlik xidmətləri maliyyə bazarları yatırım investisiya alqı-satqı maliyyə əməliyyatları onlayn qeydiyyat investor hesabı hesablararası köçürmə real vaxt qiymətləri Rafael Ağayev Vəfa Musayeva Tofiq Əliyev Nəzarət Səndədir InvestAZ PRO təqdimatı maliyyə texnologiyaları fintech Azərbaycan investisiya şirkəti
22.09.2026 22:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19