“Subway” Bakıda 7-ci restoranını açmağa hazırlaşır – Məkan bəlli oldu
“Subway” Bakıda növbəti restoranını “Dəniz Mall”da açacaq. Şəbəkənin İlk 3 ayda 6 filial açılıb.Dünyanıntanınmış sürətli xidmət restoran şəbəkələrindən “Subway” Azərbaycanda genişlənməsini davam etdirir. Şəbəkənin növbəti restoranının Bakıda “Dəniz Mall” ticarət mərkəzində açılması planlaşdırılır.
Marja.az-ın əldə etdiyi məlumata görə, “Subway”ın Azərbaycandakı inkişaf planı çərçivəsində “Dəniz Mall” yeni lokasiyalardan biri olacaq.
Hazırda “Dəniz Mall”ın rəsmi saytındakı restoran siyahısında “Subway” hələ göstərilmir. Bu da filialın açılış mərhələsində olduğunu göstərir. Açılışın dəqiq tarixi hələ ictimaiyyətə açıqlanmayıb.
İlk 3 ayda 6 restoran açıb
“Subway” Azərbaycanda sürətli genişlənmə strategiyası həyata keçirir. Şirkət nümayəndəsinin məlumatına görə, brend ilk üç ay ərzində ölkədə 6 filial açıb.
“Subway”ın Azərbaycandakı ilk üç restoranı eyni vaxtda Ağ Şəhərdə — 8 Mərkəzi Bulvar, “Caspian Plaza”da — Cəfər Cabbarlı küçəsi 44 və Elmlər/ATU ərazisində — Hüseyn Cavid prospekti 40D ünvanlarında açılıb. İlk üç restoran iyunun əvvəlində fəaliyyətə başlayıb, brendin Azərbaycandakı rəsmi açılış mərasimi isə iyunun 17-də keçirilib.
Daha sonra şəbəkə “Sea Breeze” ərazisində dördüncü restoranını açıb. “Sea Breeze” restoranının açılışı iyulun əvvəlində baş tutub.
Avqustun 7-də isə “Gənclik Mall”da — Fətəli Xan Xoyski küçəsi 14 ünvanında növbəti restoran istifadəyə verilib. Bu obyekt şəbəkənin Azərbaycandakı beşinci restoranı olub.
Ardınca “Univerium”da — Ceyhun bəy Hacıbəyli küçəsi 133 ünvanında altıncı restoran açılıb. Şirkətin açıqlamasına görə, bu restoran 18 nəfərlik komanda və 42 nəfərlik oturacaq tutumu ilə fəaliyyət göstərir və “Fresh Forward 2.0” konseptində hazırlanıb.
Beləliklə, “Dəniz Mall” filialı mövcud 6 restorandan sonra açılacağı halda, “Subway”ın Azərbaycandakı 7-ci restoranı olacaq.
“Subway” Azərbaycana 2026-cı ildə daxil olub
“Subway” 2026-cı ilin yanvarında “N Sky Build” MMC ilə master-françayzinq müqaviləsi bağlayaraq Azərbaycan bazarına daxil olduğunu elan edib. Müqaviləyə əsasən, “N Sky Build” Azərbaycanda “Subway” restoranlarının idarə edilməsi və inkişaf etdirilməsi üzrə eksklüziv hüquqlar əldə edib.
Şəbəkənin qısa müddətdə Ağ Şəhər, “Caspian Plaza”, Elmlər/ATU, “Sea Breeze”, “Gənclik Mall” və “Univerium” kimi müxtəlif lokasiyalarda fəaliyyətə başlaması brendin Azərbaycan bazarında sürətli ekspansiya strategiyasına üstünlük verdiyini göstərir. “Dəniz Mall” isə bu genişlənmənin növbəti mərhələsi olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















