Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Abşeron Logistika” 2025-ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

78 milyon manat gəlir, 6,2 milyon manat mənfəət – “Abşeron Logistika”nın nəticələri. Şirkətin gəlirləri 12,6 milyon manat (19%) artıb, aktivləri 24% böyüyüb, kapitalı 20,6 milyon manata çatıb.
AzVak-mobil_resmin_ustu_31
“Abşeron Logistika” 2025-ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Abşeron Logistika” MMC 2025-ci ili 77 milyon 762 min manat cəmi gəlir və 6 milyon 187 min manat xalis mənfəətlə başa vurub.

Marja.az Şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə cəmi gəlirlər 65 milyon 118 min manat olmuşdu. Beləliklə, 2025-ci ildə gəlirlər 12 milyon 644 min manat və ya 19,4% artıb.

Reklam_3_11

Əsas gəlir mənbəyi işlərin görülməsi və xidmətlərin göstərilməsi olub. Bu istiqamət üzrə gəlirlər 2024-cü ildəki 61 milyon 119 min manatdan 2025-ci ildə 73 milyon 498 min manata yüksəlib. Artım 20,3% təşkil edib.

Şirkətin digər gəlirləri 947,9 min manatdan 1 milyon 799 min manata, mənzil və icarə gəlirləri isə 39,4 min manatdan 48 min manata yüksəlib. Əmlakın icarəyə verilməsindən əldə edilən gəlir isə 2 milyon 844 min manatdan 2 milyon 392 min manata geriləyib.

“Abşeron Logistika”nın cəmi əməliyyat xərcləri 2025-ci ildə 70 milyon 103 min manat təşkil edib. Bir il əvvəl bu göstərici 57 milyon 566 min manat idi. Beləliklə, əməliyyat xərcləri 21,8% artaraq gəlirlərdən daha sürətli böyüyüb. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti cəmi 1,4% artaraq 7 milyon 659 min manata yüksəlib. 2024-cü ildə bu göstərici 7 milyon 552 min manat olmuşdu.

İş elanları AzVak.az-da

Xalis mənfəət isə 6 milyon 106 min manatdan 6 milyon 187 min manata yüksəlib. Artım 81,5 min manat və ya 1,3% təşkil edib.

Aktivlər 46 milyon manatı keçib

2025-ci ilin sonuna “Abşeron Logistika”nın cəmi aktivləri 46 milyon 237 min manat olub. Bu, 2024-cü ilin sonundakı 37 milyon 265 min manatla müqayisədə 24,1% artım deməkdir.

Şirkətin pul vəsaitləri 19% artaraq 4 milyon 169 min manata çatıb. Ticarət və digər debitor borclar isə 4 milyon 15 min manatdan 3 milyon 837 min manata düşüb.

Əsas artım uzunmüddətli aktivlərdə qeydə alınıb. Əmlak və avadanlıqların balans dəyəri 29 milyon 365 min manatdan 37 milyon 863 min manata yüksəlib. Artım təxminən 29% təşkil edib.

Öhdəliklər 25,6 milyon manata yüksəlib

Şirkətin cəmi öhdəlikləri 2025-ci ilin sonunda 25 milyon 589 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 21 milyon 100 min manat idi. İllik artım 21,3%-dir.

Maraqlıdır ki, cari öhdəliklər 18,7% azalaraq 4 milyon 741 min manata düşdüyü halda, uzunmüddətli öhdəliklər 36,6% artaraq 20 milyon 848 min manata çatıb.

Şirkətin kapitalı isə 16 milyon 165 min manatdan 20 milyon 648 min manata yüksəlib. Beləliklə, kapitalda 27,7% artım qeydə alınıb. Bölüşdürülməmiş mənfəət 20 milyon 647 min manat təşkil edib.

Hesabatın göstəriciləri göstərir ki, “Abşeron Logistika” 2025-ci ildə satış və xidmət gəlirlərini əhəmiyyətli dərəcədə artırsa da, xərclərin daha sürətli yüksəlməsi mənfəətin artım tempini məhdudlaşdırıb. Şirkətin xalis mənfəət marjası 2024-cü ildə təxminən 9,4% olduğu halda, 2025-ci ildə 8%-ə yaxınlaşıb. Bu isə gəlirlərin 19,4% artmasına baxmayaraq xalis mənfəətin cəmi 1,3% yüksəlməsinin əsas səbəblərindən biridir.

“Abşeron Logistika” MMC-nin törəmə müəssisələri “Abşeron Konteyner” MMC, “MB Broker” MMC, “AG Express” MMC və “Abşeron Express” MMC-dir. Şirkət bu müəssisələrin hər birində 100% paya sahibdir. Beləliklə, “Abşeron Logistika”nın maliyyə hesabatları yalnız ana şirkətin deyil, onun tam nəzarətində olan dörd törəmə müəssisənin nəticələrini də əhatə edir.

“Abşeron Logistika” MMC ABŞERON LOGİSTİKA MƏRKƏZİ-ni idarə edir.  Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Abşeron Logistika Abşeron Logistika MMC maliyyə hesabatı 2025 maliyyə nəticələri Abşeron Logistika gəlirləri Abşeron Logistika mənfəəti xalis mənfəət əməliyyat gəlirləri əməliyyat xərcləri aktivlər öhdəliklər kapital PMD Group Abşeron Konteyner MB Broker AG Express Abşeron Express logistika sektoru Azərbaycan logistika şirkətləri maliyyə göstəriciləri.
22.09.2026 12:35
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19