Yeni tikililər “sovet binaları”nı qabaqlayıb – Yeni tikililər 52%-lik paya çatıb
2025-ci ilin təkrar mənzil bazarı təhlil edilib. ötən il Azərbaycanda 42 minə yaxın mənzil satılıb – bazarın yarısından çoxu yeni tikililərin payına düşüb. Bakıda isə 25 mindən çox mənzil satılıb.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb.
Marja.az xəbər verir ki, aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb.
Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib.
Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə görə 1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövrlərə ayrılıb, otaq sayına görə isə 1-dən 5 və daha çox otaqlı olmaqla 6 qrup üzrə təsnifatlaşdırılıb. Təhlildə alıcıların hüquqi statusu, cinsiyyəti, yaşa görə bölgüsü üzrə statistika da əks olunub.
Qeyd edək ki, ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41.606 mənzilin alqı-satqısı aparılıb. Təkrar mənzil bazarında qeydiyyatı aparılan yeni tikililər 21.629 (52%) olmaqla lider mövqedədir. İkinci sırada 18.865 sayla (45,3%) Sovet dövründə tikilən mənzillər, 3-cü sırada isə 1.112 sayla (2,7%) Sovet dövründən əvvəl tikilən mənzillər qərarlaşıb.
Ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41.606 əqdin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25.031 alqı-satqı əqdi rəsmiləşdirilib. Regionlar arasında isə aktivlik Abşeron rayonunda (6.054 əqd), Sumqayıt şəhərində (3.838 əqd) və Gəncə şəhərində (2.202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4.481 əqd düşüb.
Məlumat üçün: Təkrar mənzil bazarı dedikdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və daha sonra notarial əqdlərlə satılmış mənzillər əsas götürülür. Tikinti şirkətlərinin və ya mənzil-tikinti kooperativlərinin dövlət reyestrində qeydiyyatı olmadan pay satışı və ya üzvlüyə qəbul üsulu ilə apardığı əməliyyatlar təkrar bazarın predmeti hesab edilmir və təhlildə nəzərə alınmayıb.
Sözügedən təhlilin məhz 2025-ci ili əhatə etməsi bu məqsədlə hazırlanmış elektron sistemin həmin ildən etibarən fəaliyyətə başlaması ilə əlaqədardır. Bu da təkrar mənzil bazarındakı dinamikanı daha dəqiq və əhatəli qiymətləndirməyə imkan verib. Qeyd edək ki, yaxın dövr ərzində təkrar mənzil bazarına dair 2026-cı ilin ilk yarısını əhatə edən təhlil xarakterli məlumatın da açıqlanması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















