Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda 30 ilə yaxındır fəaliyyət göstərən Danimarkanın aparıcı səhiyyə şirkəti Novo Nordisk yenilənmiş brend kimliyini və şirkətin fəaliyyət prinsiplərini ifadə edən “The Novo Way” yanaşmasını təqdim edib. Bu yanaşmanın məqsədi daha çox insanın sağlamlığını yaxşılaşdırmaq və elmi yenilikləri gündəlik həyata tətbiq etməkdir.

Yeni brendin əsas mesajı “Sağlam gələcək bu gündən başlayır” (“Lasting Health Starts Now”) ifadəsidir. Bu yanaşma insanların sağlamlığında hər gün görə və hiss edə bildiyi irəliləyişə və uzunmüddətli nəticələrə diqqət çəkir.

Şirkət gündəlik fəaliyyətində “Novo” adından istifadə edəcək. Hüquqi adı isə ‘Novo Nordisk’ olaraq qalacaq. Yenilənmiş vizual kimlik şirkətin tarixini əks etdirən Apis öküzü loqosunu saxlayır və brendə daha müasir görünüş verir.

Novo-nun prezidenti və baş icraçı direktoru Mike Doustdar bildirib ki, piylənmə və diabet kimi sahələrdəki irəliləyişlərə baxmayaraq, qarşılanmamış müalicə ehtiyacları hələ də böyükdür. İnsanların səhiyyədən gözləntiləri də dəyişir. Səhiyyə onların ehtiyaclarına daha çevik cavab verməli və gündəlik həyatına daha asan uyğunlaşmalıdır. Şirkətin insanların həyatını yaxşılaşdırmaq məqsədi isə dəyişmir.

“The Novo Way” şirkətin fəaliyyətini dörd prinsip üzərində qurur:

• Müştəriyönümlülük. Bütün atılan addımların mərkəzində birbaşa pasiyentin ehtiyac və maraqlarını saxlamaq.

• Yüksək perfomans və rəqabət üstünlüyü. Bütün tərəfdaşlarımız üçün daha yüksək dəyər qatmaq məqsədi ilə performansımızı daim inkişaf etdirmək

• Sadə iş prinsipləri. Aydın prioritetlər, optimallaşdırılmış proseslər vasitəsilə qərarların qəbulu və məhsulların bazara təqdim olunmasını sürətləndirmək.

• Qayğı və dürüstlük. Pasiyent təhlükəsizliyi və etik prinsiplər mövzularında güzəştə getməmək.

Bu prinsiplər şirkətin elmi təcrübəsinə, insanlara qayğısına və pasiyent təhlükəsizliyinə sadiqliyinə əsaslanır. Yenilənmə Novo-nun daha çevik işləməsinə və səhiyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsinə xidmət edir.

Novo haqqında

Novo 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.

Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.

Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.

Novo Nordisk Novo The Novo Way Lasting Health Starts Now Sağlam gələcək bu gündən başlayır Novo Nordisk Azərbaycan Novo Azərbaycan Danimarka şirkəti səhiyyə şirkəti diabet piylənmə artıq çəki xroniki xəstəliklər səhiyyə pasiyent təhlükəsizliyi brend yenilənməsi yeni brend kimliyi Apis öküzü loqosu Mike Doustdar səhiyyə innovasiyaları pasiyent yönümlülük rəqəmsal səhiyyə qlobal səhiyyə şirkəti diabet müalicəsi piylənmənin müalicəsi səhiyyə mütəxəssisləri 68 800 əməkdaş 170 ölkə 80 ölkə Novo Nordisk brendi
21.09.2026 16:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19