“Pirqulu Park” hotelinin açılışı oldu
Şamaxıda 366 qonaqlıq yeni hotel açıldı. Burada 175 nömrə və 2 kottec var.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.
“Moderngroup” MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir.
Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir.
Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
3 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
56 d. əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
18 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub



























