Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

AzVak-mobil_resmin_ustu_31
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən “Global Finance” jurnalı “Dünyanın ən yaxşı rəqəmsal bankları 2026” mükafatlarının qaliblərini elan edib. ABB Azərbaycan üzrə “Ən yaxşı fərdi rəqəmsal bank” və “Ən innovativ fərdi rəqəmsal bank” mükafatlarına layiq görülüb. Xatırladaq ki, “Global Finance” jurnalı “Ölkə üzrə ilin ən yaxşı bankı” mükafatını da bu ilin mayında ABB-yə təqdim edib.

Bank bu yüksək mükafatları müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanaraq mütəmadi inkişaf etdirdiyi rahat, əlçatan, təhlükəsiz rəqəmsal bankçılıq alətlərinə, həmçinin süni intellekt həllərinə görə layiq görüb.

“Banklar süni intellektdən, avtomatlaşdırmadan və data analitikasından istifadə imkanlarını genişləndirdikcə, rəqəmsal bankçılıq maliyyə sektorunun ən mühüm prioritet istiqamətlərindən birinə çevrilir. Sürətə, fərdiləşdirilmiş xidmətlərə və qüsursuz rəqəmsal təcrübəyə artan tələblər bankları innovasiyalara sövq edir. Bununla yanaşı, təhlükəsizliyin, dayanıqlılığın və tənzimləyici tələblərə uyğunluğun gücləndirilməsi də əsas diqqət mərkəzində qalır” - “Global Finance” jurnalının şərhində bildirilir.

Qeyd edilir ki, “Global Finance”ın “Dünyanın ən yaxşı rəqəmsal bankları 2026” siyahısında yer alan maliyyə institutları bütün dünyada rəqəmsal bankçılıq üçün yeni standartlar müəyyənləşdirən banklardır. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

“Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 195-ə yaxın ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ABB ABB Bank Global Finance Azərbaycanın ən yaxşı rəqəmsal bankı ən yaxşı fərdi rəqəmsal bank ən innovativ fərdi rəqəmsal bank rəqəmsal bankçılıq digital bank süni intellekt AI bankçılıq rəqəmsal transformasiya bank innovasiyaları ABB mobil bankçılıq fərdiləşdirilmiş bank xidmətləri data analitikası avtomatlaşdırma təhlükəsiz bankçılıq Azərbaycan bankları bank mükafatları Global Finance Awards 2026 Dünyanın ən yaxşı rəqəmsal bankları 2026 bank texnologiyaları maliyyə texnologiyaları fintech ABB mükafat
17.09.2026 16:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19