"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
ABB İnnovasiya yeni texnoloji və rəqəmsal məhsullar üzərində işləyəcək. Şirkət qlobal bazarlara çıxışını genişləndirməyi planlaşdırır.ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməsi istiqamətində fəaliyyətini daha geniş imkanlarla davam etdirməyə şərait yaradacaq.
Pirallahı Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni texnologiyaların hazırlanması və innovativ layihələrin həyata keçirilməsi üçün yaradılmış texnoloji inkişaf mühitidir. Park Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə yaradılıb və texnologiya əsaslı şirkətlərin fəaliyyətinin inkişafına, innovativ layihələrin reallaşdırılmasına, yeni texnoloji həllərin hazırlanmasına dəstək göstərir. Parkın əsas məqsədlərindən biri biliklərə əsaslanan iqtisadiyyatın inkişafına töhfə vermək, innovativ bizneslərin formalaşmasını təşviq etmək və yaradılan texnoloji məhsulların kommersiyalaşdırılması üçün əlverişli imkanlar yaratmaqdır.
Bu yanaşma ABB İnnovasiyanın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir. Şirkət innovativ ideyaların real məhsullara çevrilməsini, texnoloji həllərin inkişafını və yaradılan məhsulların kommersiyalaşdırılaraq bazara çıxarılmasını dəstəkləməyi hədəfləyir. Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti kimi ABB İnnovasiya bu istiqamətdə fəaliyyətini genişləndirərək yeni texnoloji və rəqəmsal məhsulların inkişafına, onların yerli və xarici bazarlarda təqdim olunmasına və tərəfdaşlıqların qurulmasına fokuslanacaq.
ABB İnnovasiya texnologiya ekosisteminin inkişafında yalnız məhsul istiqamətində deyil, həm də insan kapitalının formalaşdırılması və innovasiya mədəniyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün şirkətin rəsmi veb-saytını və sosial media hesablarını izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















