Qazaxıstana daha bir birbaşa reys – AZAL Aktöbəyə uçmağa başladı
Bakıdan Aktöbəyə birbaşa uçuşlar başladı – Həftədə 4 reysAZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları Qazaxıstanın Aktöbə şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.
Bakı–Aktöbə–Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetirilir. Birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradır.
Qazaxıstanın qərbində yerləşən Aktöbə ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən biridir. Zəngin tarixi-mədəni irsi ilə seçilən region, eyni zamanda özünəməxsus təbiət abidələri ilə də diqqət çəkir. Aktöbə vilayətində məşhur Aktolağay tabaşir dağları, Barxın qumları, Qarğalı su anbarı, eləcə də çoxsaylı tarixi və müqəddəs məkanlar yerləşir. Bu istiqamət həm işgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir.
Cari ildə Şımkent və Atıraunun ardınca Aktöbəyə uçuşların başlanması milli aviadaşıyıcının Mərkəzi Asiyada marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı da təqdim edir.
Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.
XXX
Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanın Aktöbə şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.
Marja xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, yeni marşrutun açılması ilə Azərbaycan və Qazaxıstan arasında daha bir birbaşa hava əlaqəsi yaradılıb.
Bakı–Aktöbə istiqaməti üzrə uçuşlar həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Yeni istiqamətin Azərbaycan və Qazaxıstan arasında sərnişin daşımalarının genişlənməsinə, turizm və işgüzar əlaqələrin inkişafına əlavə imkan yaradacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















