Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi

“Qobustan” GES açıldı – İldə 200 milyon kilovat-saat elektrik istehsal edəcək. 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası istifadəyə verildi.
AzVak-mobil_resmin_ustu_31
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşıladılar.

Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir.

"Universal Energy" Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.

Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.

Bu ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin “Universal International Holdings Limited” şirkəti 2024-cü ildə hərracın qalibi olub.

“Qobustan” Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda hərrac vasitəsilə həyata keçirilən ilk, eyni zamanda, "Universal Energy" şirkətinin ölkəmizdə icra etdiyi birinci layihədir.

Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam yerinə yetirilib.

“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri də bərpaolunan enerji mənbələrinin geniş tətbiqidir.

Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, Günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1443,5 MVt), 6-sı külək elektrik stansiyası (306,5 MVt), 9-u Günəş elektrik stansiyası (278,2 MVt), 3-ü hibrid elektrik stansiyası (7,3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 20,8 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsinə töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.

Qobustan Günəş Elektrik Stansiyası Qobustan GES Günəş Elektrik Stansiyası 100 MVt bərpaolunan enerji yaşıl enerji Azərbaycan energetikası Universal Energy Universal International Holdings Limited Çin investisiyası Günəş enerjisi elektrik enerjisi istehsalı 200 milyon kilovat-saat təbii qaza qənaət 45 milyon kubmetr qaz karbon emissiyası 97 min ton Qaradağ rayonu Pirsaat qəsəbəsi Energetika Nazirliyi Pərviz Şahbazov yaşıl enerji layihələri bərpaolunan enerji hərracı enerji investisiyaları Azərbaycan enerji gücü 2170 MVt 2027 yaşıl enerji layihələri
16.09.2026 12:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19