Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Azərbaycanda lisenziya və icazə qaydaları dəyişə bilər. Biznes qarşısındakı inzibati maneələr yenidən nəzərdən keçiriləcək. Sahibkarlar üçün lisenziya prosedurları sadələşdirilə bilər”Azərbaycanda sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil edilərək onların təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Marja.az xəbər verir ki, bu tədbir Prezidentin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Tədbirin 2027–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.
İlk mərhələdə təhlil olunacaq məhsul bazarları və həmin bazarlarda tətbiq edilən iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları müəyyənləşdiriləcək.
Daha sonra mövcud tənzimləmə və prosedurların bazar iştirakçılarının fəaliyyət imkanlarına təsiri qiymətləndiriləcək, təkmilləşdirmə ehtiyacları prioritetləşdiriləcək.
Yekunda sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edən əsaslandırılmış təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.
Tədbirin əsas icraçısı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları da prosesdə iştirak edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















