Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi
Prezident rəqabətin inkişafı ilə bağlı 3 illik ( 2027–2029-cu illər) planı təsdiqlədi.Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Milli Fəaliyyət Planının əsas məqsədi Azərbaycanda azad rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, biznes və investisiya imkanlarının genişləndirilməsi, eləcə də milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir.
Sərəncama əsasən, Nazirlər Kabineti sənəddən irəli gələn məsələləri həll etməlidir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək tapşırılıb.
Agentlik həmçinin tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim edəcək.
Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndirilməsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sənəd 2027–2029-cu illəri əhatə edir və rəqabət mühitinin yaxşılaşdırılması ilə yanaşı, biznes və investisiya fəaliyyətində daha əlverişli şərtlərin yaradılmasını hədəfləyir.
Plan ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
33 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub

























