ABŞ-da inflyasiya səngimədi – Fed-in faiz artırması ehtimalı 90%-ə çatdı
ABŞ-da inflyasiya təzyiqi davam edir– Baza inflyasiya proqnozu üstələyib. Bazar FED-in 0,25 bəndlik faiz artıracağını qiymətləndirirABŞ-da istehlak qiymətləri avqust ayında artmaqda davam edib. Son inflyasiya göstəriciləri ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gələn həftə faiz dərəcəsini artırması ehtimalını kəskin yüksəldib.
Marja xəbər verir ki, ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, istehlak qiymətləri indeksi (CPI) avqustda mövsümi düzəlişlə aylıq 0,4% artıb. İllik inflyasiya isə 3,4% təşkil edib. Hər iki göstərici bazar gözləntilərinə uyğun olub.
Ərzaq və enerji kimi dəyişkən komponentlər nəzərə alınmadan hesablanan baza inflyasiya aylıq 0,3% artıb. Bu, proqnozdan 0,1 faiz bəndi yüksəkdir. Baza inflyasiyanın illik göstəricisi isə gözləntilərə uyğun olaraq 2,4% olub.
Bu hesabat FED-in gələn həftə keçiriləcək pul siyasəti iclasından əvvəl açıqlanan son əsas inflyasiya göstəricisidir. İclas çərşənbə günü əsas faiz dərəcəsinə dair qərarla yekunlaşacaq.
Məlumatların açıqlanmasından sonra treyderlər Fed-in faiz dərəcəsini 0,25 faiz bəndi artıracağına dair gözləntilərini gücləndiriblər. “CME FedWatch” göstəricisinə əsasən, faiz artımı ehtimalı təxminən 90%-ə yüksəlib. CPI məlumatından əvvəl bu ehtimal 70%-ə yaxın idi.
İnflyasiyanın yüksəlməsində enerji qiymətləri əsas rol oynayıb. Benzinin qiyməti ay ərzində 3,9% artaraq CPI-dəki ümumi artımın üçdə birindən çoxunu təmin edib. Yaxın Şərqdə gərginliyin artması fonunda enerji indeksi aylıq 2,1%, illik isə 16,3% yüksəlib.
Ərzaq qiymətləri aylıq 0,1% artıb, evdə istehlak olunan ərzaqların qiymətləri isə dəyişməyib. Ərzaq inflyasiyası illik ifadədə 2,7% təşkil edib.
Mənzil xərcləri avqustda 0,3%, nəqliyyat xidmətlərinin qiymətləri 0,5% yüksəlib. İkinci əl avtomobil və yük maşınları 0,4%, yeni avtomobillər isə 0,3% bahalaşıb.
FED sədri Kevin Warsh son açıqlamalarında inflyasiyanın 2%-lik hədəfə qaytarılmasına sadiq olduğunu bildirib və göstəricilər yaxşılaşmadığı halda “görüləsi işlərin olduğunu” qeyd edib. Bazarda bu açıqlamalar faiz artımına meyl kimi qiymətləndirilib.
“Nationwide” şirkətinin baş iqtisadçısı Kathy Bostjancic bildirib ki, avqust inflyasiya hesabatı Fed-in faizləri dəyişməz saxlaya bilməsi üçün lazım olan dezinflyasiya prosesinin davam etdiyini göstərməyib.
Onun sözlərinə görə, neft, benzin və dizel qiymətlərinin yenidən yüksəlməsi enerji xərclərinin digər mal və xidmətlərin qiymətlərinə, eləcə də inflyasiya gözləntilərinə keçməsi riskini artırır.
“Nationwide” artıq Fed-in gələn həftə faiz dərəcəsini 0,25 faiz bəndi artıracağını gözləyir.
Fed-in əsas faiz dərəcəsi hazırda 3,50–3,75% diapazonundadır və 2026-cı ilin əvvəlindən bu səviyyədə saxlanılır.
XXX
ABŞ-da baza inflyasiya gözləniləndən çox artdı – Fed-in faiz artımı ehtimalı gücləndi
ABŞ-da baza inflyasiyanın ötən ay gözləniləndən daha çox artması Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gələn həftə faiz dərəcələrini artıracağına dair gözləntiləri gücləndirib.
Ölkədə istehlak qiymətləri avqust ayında aylıq müqayisədə 0,4%, illik müqayisədə isə 3,4% artıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların proqnozu da müvafiq olaraq 0,4% və 3,4% artım idi.
Baza inflyasiya illik ifadədə 2,5%-dən 2,4%-ə geriləsə də, aylıq göstərici 0,2%-dən 0,3%-ə yüksəlib.
Məlumatlar göstərir ki, İran müharibəsi, gömrük rüsumları və məlumat mərkəzlərinə yatırımlardan qaynaqlanan təzyiqlər fonunda inflyasiya ötən ay FED-in hədəfinə doğru nəzərəçarpacaq irəliləyiş əldə etməyib.
FED-in bəzi rəsmiləri 15–16 sentyabr tarixlərində keçiriləcək iclasda veriləcək qərarın açıqlanacaq iqtisadi göstəricilərdən asılı ola biləcəyini bildiriblər. Bu səbəbdən ABŞ Mərkəzi Bankının son rəqəmləri son üç ildə ilk dəfə faiz artımına keçid ehtimalını gücləndirən siqnallar kimi qiymətləndirəcəyi gözlənilir.
Bir gün əvvəl açıqlanan məlumatlar da ABŞ-da istehsalçı qiymətlərinin artım tempinin sürətləndiyini göstərmişdi.
FED sədri Kevin Warsh mərkəzi bankın növbəti addımı ilə bağlı mövqeyini açıqlamaqda ehtiyatlı davransa da, ötən ay çıxışında baza inflyasiyanın hədəfə doğru aydın və kifayət qədər sürətlə irəlilədiyinə əminlik olmadığı halda Fed-in “görməli olduğu işlərin olacağını” bildirmişdi.
ABŞ iqtisadiyyatı eyni zamanda Yaxın Şərq və Rusiya-Ukrayna müharibələrinin təklifə mənfi təsiri fonunda yenidən yüksələn enerji qiymətlərinin təzyiqi ilə üzləşir.
Bu həftə neftin qiyməti bir barel üçün 100 dollar səviyyəsini keçib, ABŞ-da dizel yanacağının qiyməti isə rekord həddə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















