Azərbaycanda BOKT 1 milyon manatlıq səhm emissiyasına gedir
“NEO BOKT” kapitalını 73% artırır – 1 milyon manatlıq yeni səhm buraxır“Neo Bank Olmayan Kredit Təşkilatı” ASC (“NEO BOKT”) nizamnamə kapitalını 1 milyon 1,7 min manat artırmağa hazırlaşır.
Marja.az Şirkətin emissiya prospektinə istinadən xəbər verir ki, “NEO BOKT” hər birinin nominal dəyəri 3 710 manat olan 270 ədəd yeni adi, adlı, sənədsiz səhm buraxacaq.
Emissiyanın ümumi məbləği 1 milyon 1 min 700 manat təşkil edir.
Hazırda BOKT-un nizamnamə kapitalı 1 milyon 372 min 700 manatdır və 370 səhmdən ibarətdir. Yeni emissiya tam yerləşdirildikdən sonra səhmlərin sayı 640-a, nizamnamə kapitalı isə 2 milyon 374 min 400 manata çatacaq.
Beləliklə, şirkətin nizamnamə kapitalı 1 milyon 1 min 700 manat və ya təxminən 73% artacaq.
Mövcud səhmdarlar yeni buraxılan səhmlərin alınmasında üstünlük hüququna malikdirlər.
Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək
Emissiya prospektinə görə, səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək.
Anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC çıxış edəcək. Səhmlərin bir ədədinin satış qiyməti nominal dəyərinə bərabər – 3 710 manat müəyyən edilib.
İlk mərhələdə mövcud səhmdarların üstünlük hüququ təmin olunacaq. Bundan sonra yerləşdirilməmiş səhmlər digər investorlara təklif ediləcək.
Prospektdə potensial investorun hazırda müəyyən edilmədiyi də qeyd olunur.
“NEO BOKT” istehlakçıların əmtəə alışlarının maliyyələşdirilməsi məqsədilə daşınar əmlak təminatı ilə qısamüddətli kreditlərin verilməsi, həmçinin qanunvericiliyin icazə verdiyi digər bank olmayan kredit fəaliyyəti növləri ilə məşğul ola bilər.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
“NEO BOKT” 2025-ci ili 80 min manatdan çox zərərlə başa vurub
“Neo Bank Olmayan Kredit Təşkilatı” ASC (“NEO BOKT”) 2025-ci ili 80 min 108 manat zərərlə başa vurub.
Şirkətin audit olunmuş maliyyə göstəricilərinə əsasən, 2024-cü ildə “NEO BOKT” cəmi 222 manat mənfəət əldə etmişdi. Beləliklə, BOKT-un maliyyə nəticəsi bir il ərzində 80 min 330 manat pisləşib.
2023-cü ildə isə şirkət 38 min 593 manat zərər açıqlamışdı. Bu baxımdan 2025-ci ildə zərərin məbləği 2023-cü illə müqayisədə 2 dəfədən çox artıb.
Faiz gəlirləri azalıb
“NEO BOKT”un faiz gəlirləri 2025-ci ildə 26 min 249 manat təşkil edib. 2024-cü ildə bu göstərici 30 min 751 manat idi.
Beləliklə, şirkətin faiz gəlirləri 4 min 502 manat və ya 14,6% azalıb.
Gözlənilən kredit zərəri üzrə ehtiyatların təsiri nəzərə alındıqdan sonra xalis faiz gəlirləri 2024-cü ildəki 16 min 53 manatdan 2025-ci ildə 65 min 525 manata yüksəlib. Artım təxminən 4,1 dəfə olub.
Bununla belə, şirkətin ümumi və inzibati xərcləri 116 min 273 manatdan 124 min 944 manata yüksəlib. Xərclərdə artım 7,5% təşkil edib.
2024-cü ildəki mənfəətə əmlak satışından gəlir dəstək verib
Maliyyə hesabatında diqqətçəkən məqamlardan biri də əmlak və avadanlıqların satışından yaranan nəticədir.
2024-cü ildə şirkət bu istiqamətdən 100 min 442 manat gəlir əldə etmişdi. 2025-ci ildə isə əmlak və avadanlıqların satışından 20 min 689 manat zərər yaranıb. Bu fərq şirkətin yekun maliyyə nəticəsinin kəskin pisləşməsində əsas amillərdən biri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















