Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
Bal yarmarkasının şərtləri açıqlanıb: Bal yarmarkasında satış limiti müəyyən edilib – Hər bir arıçı fermer 450 kq bal və 30 arı şanı satışa çıxara bilər. Qeydiyyat üçün son tarix 9 sentyabrdırArıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır.
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır.
Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək.
Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.
Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















