Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir ®

AzVak-mobil_resmin_ustu_31
Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin praktiki təlim mərhələsinə start verilir

Azercell-in dəstəyi ilə həyata keçirilən “SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifadə üzrə praktiki bacarıqlarının inkişafına yönəlib.

Reklam_3_11

28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər Bakı ilə yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox müəllim süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.

Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim proqramını uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları həmkarları ilə bölüşərək süni intellekt alətlərinin tədris prosesində daha geniş tətbiqinə dəstək olacaqlar. Bu model layihə çərçivəsində əldə olunan biliklərin daha geniş müəllim auditoriyasına çatdırılmasına imkan verəcək.

Layihənin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri nəticələr qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq.

Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üzrə fəaliyyətini “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq genişləndirməyə davam edəcək.

02.09.2026 13:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19