SOCAR ABŞ-ın qaz bazarında böyük addım atır – 1,65 milyard dollarlıq razılaşma
SOCAR ABŞ-da nəhəng sövdələşməyə hazırlaşır. Şirkət ABŞ-da strateji qaz aktivlərinə ortaq olur – məbləğ 1,65 milyard dollardır. SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb.SOCAR və ABŞ-ın “Comstock Resources, Inc.” şirkəti arasında strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalanıb.
Marja.az SOCAR-a istinadən xəbər verir ki, sənədə əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” upstream aktivlərindəki iştirak payının 20 faizini, “Western Haynesville” upstream aktivlərindəki iştirak payının 15 faizini, həmçinin “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizini əldə edəcək. “Western Haynesville” aktivləri üzrə SOCAR-ın 15 faizlik iştirak payının həmin aktivlərə investisiya üzrə 15 faiz gəlirlilik əldə edildikdə, müvafiq şərtlərə uyğun olaraq 7,5 faizə endirilməsi nəzərdə tutulur.
Əməliyyatın ümumi dəyəri, standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla, 1,65 milyard ABŞ dolları təşkil edir. Əməliyyatın maliyyələşdirilməsi üçün müvafiq tədbirlər SOCAR tərəfindən planlaşdırılır.
Tərəflər yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı il tarixindən gec olmayaraq razılaşdırılmasını və imzalanmasını, eləcə də əməliyyatın zəruri dövlət və üçüncü tərəf təsdiqlərinin alınması da daxil olmaqla müvafiq şərtlərin yerinə yetirilməsindən sonra 31 dekabr 2026-cı il tarixinədək tamamlanmasını hədəfləyirlər.
Strateji tərəfdaşlıq çərçivəsində SOCAR-ın “Comstock” tərəfindən “Legacy Haynesville” və “Western Haynesville”də gələcəkdə yaradılacaq yeni imkanlarda müvafiq iştirak paylarına uyğun şəkildə iştirak etməsi planlaşdırılır. Bununla yanaşı, tərəflər “Comstock”un təbii qazının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: “Bu tərəfdaşlıq SOCAR və “Comstock”un zəngin təcrübəsini və geniş imkanlarını bir araya gətirərək strateji əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. “Haynesville” və “Western Haynesville” yataqlarının işlənməsi üzrə böyük təcrübəyə malik komanda ilə birgə investisiya yatırmaqdan məmnunuq və uzunmüddətli tərəfdaşlığımızın uğurla inkişaf edəcəyinə inanırıq.”
“Comstock” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru M. Cey Allison bildirib: “SOCAR ilə strateji tərəfdaşlığımızı elan etməkdən məmnunuq. Bu tərəfdaşlıq investorlarımız üçün dəyər yaradılmasını sürətləndirməyə töhfə verəcək nüfuzlu beynəlxalq strateji tərəfdaşın cəlb olunmasına, eyni zamanda borc yükümüzün əhəmiyyətli dərəcədə azaldılmasına və “Western Haynesville” ərazisinin planlaşdırılan işlənməsinin tam maliyyələşdirilməsinə imkan verəcək. Bununla yanaşı, “Comstock” upstream və midstream aktivləri üzrə operatorluğunu və nəzarətini saxlayacaq, ştirak payının mərhələli şəkildə azalmasını nəzərdə tutan mexanizm vasitəsilə də gələcək dəyər yaratma potensialını qoruyacaq.”
Qeyd edək ki, “Comstock” bütün upstream aktivlərinin operatoru olaraq qalacaq, “Pinnacle Gas Services LLC”nin idarə edilməsi və əməliyyat nəzarətini davam etdirəcək. Gələcək işlənmə proqramları, eləcə də qarşılıqlı maraq sahəsində yeni icarə və satınalmalar üzrə SOCAR-ın proporsional iştirakı yekun əməliyyat çərçivəsində ayrıca razılaşmalarla tənzimlənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
20 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
33 d. əvvəl
SOCAR ABŞ-ın qaz bazarında böyük addım atır – 1,65 milyard dollarlıq razılaşma
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu şirkətin illik gəliri 57 milyon manatı keçıb – Mənfəəti 25% yüksəlib
-
2 saat əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb etmək istəyir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
“Kəpəz BOKT” 15%-lə 1 milyon manat borc cəlb etdi
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Ən çox oxunanlar
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar
Unibank bankomat şəbəkəsini yeniləyir
Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb

























