970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bu şirkətin illik gəliri 57 milyon manatı keçıb – Mənfəəti 25% yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şirkətin illik gəliri 57 milyon manatı keçıb – Mənfəəti 25% yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PRİOR LEASİNG” ASC 2025-ci ili 1 milyon 472,5 min manat xalis mənfəətlə başa vurub.

Marja.az Şirkətin konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə xalis mənfəət 1 milyon 177,6 min manat təşkil etmişdi. Beləliklə, “Prior Leasing”in illik xalis mənfəəti 294,9 min manat və ya 25% artıb.

Reklam_3_11

Şirkətin ticarət fəaliyyətindən gəlirləri 2025-ci ildə 11 milyon 943,5 min manat və ya 28,8% artaraq 53 milyon 473,8 min manata çatıb. 2024-cü ildə bu göstərici 41 milyon 530,3 min manat idi.

Satılmış malların maya dəyəri isə 35 milyon 481,1 min manatdan 43 milyon 436,3 min manata yüksəlib. Nəticədə ticarət fəaliyyətindən ümumi mənfəət 6 milyon 49,2 min manatdan 10 milyon 37,5 min manata çatıb. Artım 3 milyon 988,4 min manat və ya 65,9% təşkil edib.

Lizinqdən faiz gəlirləri 43% artıb

“Prior Leasing”in lizinq əməliyyatları üzrə faiz gəlirləri 2025-ci ildə 3 milyon 615,5 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1 milyon 92,1 min manat və ya 43,3% çoxdur.

Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə 5,3% artaraq 630,8 min manata yüksəlib.

Bununla yanaşı, maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərəri ehtiyatının tutulması kəskin artıb. Bu xərc 2024-cü ildə 329,4 min manat olduğu halda, 2025-ci ildə 1 milyon 340,9 min manata çatıb. Beləliklə, kredit zərəri ehtiyatı üzrə xərc 1 milyon 11,5 min manat və ya 4 dəfədən çox artıb. Ehtimal olunan kredit zərəri ehtiyatından sonra lizinq və kredit əməliyyatları üzrə faiz gəlirləri 2 milyon 905,3 min manat təşkil edib.

Əməliyyat mənfəəti 86%-ə yaxın artıb

Şirkətin ümumi və inzibati xərcləri 2025-ci ildə 36,8% artaraq 9 milyon 710,4 min manata çatıb. Buna baxmayaraq, “Prior Leasing”in əməliyyat mənfəəti 1 milyon 727,2 min manatdan 3 milyon 206,2 min manata yüksəlib. Bu, 1 milyon 479 min manat və ya 85,6% artım deməkdir.

Şirkətin faiz xərclərində də ciddi artım qeydə alınıb. Faiz xərcləri 703 min manatdan 1 milyon 280,1 min manata yüksələrək 82,1% artıb.

2024-cü ildə şirkət xarici valyuta əməliyyatlarından 258,9 min manat gəlir əldə etdiyi halda, 2025-ci ildə bu əməliyyatlar üzrə 125,6 min manat zərər qeydə alınıb.

Mənfəət vergisindən əvvəl mənfəət 24,9% artaraq 1 milyon 842,5 min manat, mənfəət vergisi xərci isə 370,1 min manat olub.

Hesabatda qeyd edilib ki, 31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Qrup lizinq fəaliyyətlərindən 3 milyon 285 min manat məbləğində və icarə fəaliyyətlərindən 782 min min məbləğində faiz gəliri əldə etmişdir (2024-cü il: lizinq fəaliyyətlərindən 2 milyon 523 min manat məbləğində və icarə fəaliyyətlərindən 540 min manat məbləğində faiz gəliri). Qrupa məxsus faiz gəlirinin bir hissəsi 1 milyon 259 min manat məbləğində olan ödənilməli faiz xərcinin qarşılanması məqsədilə agent tərəfindən tutulmuşdur (2024-cü il: 603 min manat).

Aktivləri 108,5 milyon manatı keçib

31 dekabr 2025-ci il tarixinə “Prior Leasing”in cəmi aktivləri 108 milyon 538,7 min manat təşkil edib. Bir il əvvəl şirkətin aktivləri 90 milyon 113 min manat idi. Beləliklə, aktivlər bir ildə 18 milyon 425,6 min manat və ya 20,4% artıb.

Cari aktivlər 15,7% artaraq 79 milyon 957,8 min manata, uzunmüddətli aktivlər isə 35,9% artaraq 28 milyon 580,9 min manata çatıb.

Xüsusilə uzunmüddətli lizinq investisiyalarının 7 milyon 489 min manat artması şirkətin lizinq portfelinin uzunmüddətli hissəsində əhəmiyyətli genişlənməyə işarə edir.

Öhdəlikləri 97 milyon manata çatıb

2025-ci ilin sonunda “Prior Leasing”in ümumi öhdəlikləri 97 milyon 16,6 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 83 milyon 63,4 min manat təşkil edirdi. Beləliklə, öhdəliklər 13 milyon 953,2 min manat və ya 16,8% artıb.

Cari öhdəliklər 24,3% artaraq 73 milyon 842 min manata yüksəlib. Kreditor borcları və digər ödəniləcək vəsaitlər 44 milyon 247 min manatdan 57 milyon 887,3 min manata çatıb.

Şirkətin cari və uzunmüddətli borc alınmış vəsaitlərinin ümumi həcmi isə 33 milyon 178,2 min manatdan 38 milyon 24 min manata yüksəlib. Artım təxminən 4 milyon 845,9 min manat və ya 14,6% təşkil edib.

Kapitalı 63% artıb

“Prior Leasing”in cəmi kapitalı 2024-cü ilin sonunda 7 milyon 49,7 min manat olduğu halda, 2025-ci ilin sonunda 11 milyon 522,1 min manata yüksəlib.

Kapital 4 milyon 472,5 min manat və ya 63,4% artıb.

Şirkətin nizamnamə kapitalı dəyişməyərək 5 milyon manat qalıb. Eyni zamanda, hesabatda 3 milyon manat digər ehtiyatlar göstərilib.

Bölüşdürülməmiş mənfəət isə 2 milyon 49,7 min manatdan 3 milyon 522,1 min manata yüksəlib.

Mənfəət artır, amma borclanma və kredit riskləri də yüksəlir

2025-ci il “Prior Leasing” üçün biznes həcminin əhəmiyyətli genişləndiyi il olub. Gəlirlərin 28,8%, ümumi mənfəətin isə 65,9% artması əsas fəaliyyət üzrə marjanın yaxşılaşdığını göstərir. Şirkətin ümumi mənfəət marjası təxminən 14,6%-dən 18,8%-ə yüksəlib.

Əməliyyat mənfəətinin 85,6% artması da müsbət göstəricidir. Bununla belə, şirkətin xalis mənfəətinin artımı 25%-lə məhdudlaşıb. Buna əsas səbəblər arasında faiz xərclərinin 82% artması, ehtimal olunan kredit zərəri ehtiyatının 4 dəfədən çox yüksəlməsi və valyuta əməliyyatlarından zərər yaranması göstərilə bilər.

Balans tərəfində də şirkətin sürətli böyüməsi görünür. Aktivlər 20,4% artıb, lakin öhdəliklər də 16,8% yüksəlib.

Müsbət məqamlardan biri kapitalın aktivlərdə payının təxminən 7,8%-dən 10,6%-ə yüksəlməsidir. Öhdəliklərin aktivlərə nisbəti isə təxminən 92,2%-dən 89,4%-ə geriləyib.

Bu, şirkətin kapital mövqeyinin əvvəlki illə müqayisədə gücləndiyini göstərir. Bununla belə, 97 milyon manatlıq öhdəliyin 108,5 milyon manatlıq aktivlər fonunda hələ də yüksək paya malik olması maliyyə leverecinin əhəmiyyətli səviyyədə qaldığını göstərir.

Qeyd edək ki, "Prior Credit Bank olmayan kredit təşkilatı" ASC-nin nizamnamə kapitalının 100%-i “Prior Leasing” ASC-yə məxsusdur.. 

İş elanları AzVak.az-da

Prior Leasing PRİOR LEASİNG ASC Prior Leasing mənfəət Prior Leasing maliyyə hesabatı Prior Leasing aktivləri Prior Leasing öhdəlikləri Prior Leasing gəlirləri Prior Leasing 2025 lizinq şirkətləri Azərbaycan lizinq bazarı Azərbaycan Prior Leasing xalis mənfəət 1 47 milyon manat mənfəət 108 milyon manat aktiv Prior Leasing borcları lizinq portfeli lizinq gəlirləri Prior Leasing kapitalı maliyyə nəticələri 2025 lizinq şirkətlərinin mənfəəti Azərbaycan lizinq sektoru.
01.09.2026 14:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19