Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İspaniya şirkəti Azərbaycandakı 407 milyon dollarlıq nəhəng layihəyə qoşuldu

Azərbaycanın su probleminə 407 milyon dollarlıq həll - Xəzərin suyu içməli suya çevriləcək. İspaniya şirkəti layihəni hazırlayacaq.
AzVak-mobil_resmin_ustu_31
İspaniya şirkəti Azərbaycandakı 407 milyon dollarlıq nəhəng layihəyə qoşuldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İspaniyanın “Savener” mühəndislik şirkəti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisində mühəndis-layihələndirmə işlərini yerinə yetirmək üçün seçilib. İspaniya mətbuatının yaydığı məlumata görə, şirkət Sumqayıtda əks-osmos üsulu ilə dəniz suyunun duzsuzlaşdırılması üzrə yeni qurğunun layihələndirilməsinə dair müqaviləni qazanıb.

“Savener” şirkətini baş podratçı kimi çıxış edən HDEC (“PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation”) korporasiyası cəlb edib, layihənin developeri isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. İspan şirkəti artıq tam şəkildə layihə üzərində işə qoşulub.

Reklam_3_11

Layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində sutkada 300 min kubmetr gücündə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. İcranı Səudiyyə Ərəbistanının “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium həyata keçirir.

Qeyd edək ki, su sektorunda zəngin təcrübəyə malik olan “Savener” şirkəti əvvəllər Qubra III və Barka V (Oman), Şuvayxat və Tavila (BƏƏ), Əl-Xafci və Şüeybə III (Səudiyyə Ərəbistanı), Salala (Oman) və Mərakeşdəki obyektlər də daxil olmaqla, dünyanın bir sıra ən böyük duzsuzlaşdırma zavodlarının yaradılmasında iştirak edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, bu ərazi 29,63 hektar sahəni və sahil zolağını əhatə edir. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin balansında olan bu ərazidə tikiləcək duzsuzlaşdırma zavodunun illik istehsal gücü 100 milyon kubmetr təşkil edir ki, bu da Abşeron yarımadasının hazırkı su tələbatının 20 faizi deməkdir. Ümumilikdə isə, bu irimiqyaslı infrastruktur obyekti vasitəsilə, təxminən, 3 milyon insanın içməli su ilə təminatı həyata keçiriləcək.

Qurumdan o da bildirilib ki, 2026-2028-ci illərdə Sumqayıt Duzsuzlaşdırma Zavodundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi nəzərdə tutulub. Dəyəri 407 milyon ABŞ dollar olan layihənin müddəti 27,5 il təşkil edir. Bunun da 2,5 ilini tikinti, 25 ilini isə istismar dövrü əhatə edəcək. Bu müddət başa çatdıqdan sonra obyektin idarə edilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.

İş elanları AzVak.az-da

© "Xalq Qəzeti"

01.09.2026 09:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19