Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Turizm layihələrinin kreditlərinə faiz subsidiyası gündəmdədir - HÖKUMƏTDƏN SƏRƏNCAM

Azərbaycanda hotel və turizm layihələrinin kredit faizləri subsidiyalaşdırıla bilər. Yeni güzəşt mexanizmi gəlir. “Turizm haqqında” Qanun dəyişə bilər
AzVak-mobil_resmin_ustu_31
Turizm layihələrinin kreditlərinə faiz subsidiyası gündəmdədir - HÖKUMƏTDƏN SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda turizm və rekreasiya sahəsində həyata keçiriləcək bir sıra investisiya layihələrinin manatla cəlb etdiyi kreditlər üzrə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi barədə 28 avqust 2026-cı il tarixli sərəncamında əksini tapıb. Sənəd Prezidentin 20 avqust 2026-cı il tarixli 1182 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Reklam_3_11

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumlarla birlikdə turizm və rekreasiya zonalarında bir sıra investisiya layihələrinin kredit faizlərinin subsidiyalaşdırılmasına dair təkliflər hazırlamalıdır.

Söhbət aşağıdakı istiqamətlər üzrə investisiya layihələrindən gedir:

- mehmanxana və digər yerləşmə vasitələrində xidmətlərin göstərilməsi;

- sanatoriya-kurort müəssisələrinin fəaliyyəti;

- qış idman növləri üçün stadion və arenaların fəaliyyəti;

- konqreslərin və peşəkar salonların təşkili.

Bu layihələr çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsi ilə bağlı təkliflər 20 oktyabr 2026-cı ilədək Nazirlər Kabinetinə təqdim edilməlidir.

Turizm investisiyaları üçün təşviq mexanizmi də dəyişə bilər

Dövlət Turizm Agentliyinə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və bu mexanizmin turizm sektorunun xüsusiyyətlərinə uyğun təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq tapşırılıb.

Bu təkliflər də İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq 20 oktyabr 2026-cı ilədək Nazirlər Kabinetinə təqdim edilməlidir.

Bununla yanaşı, turizm sahəsində daha çevik və əhatəli təşviq çərçivəsinin yaradılması ilə bağlı ayrıca təkliflər hazırlanacaq. Bu istiqamətdə Dövlət Turizm Agentliyi İqtisadiyyat, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər aidiyyəti qurumlarla işləyəcək.

“Turizm haqqında” Qanun da dəyişə bilər

Dövlət Turizm Agentliyinə “Turizm haqqında” Qanunun təkmilləşdirilməsinə dair təklifləri hazırlamaq tapşırılıb. Təkliflərin 20 dekabr 2026-cı ilədək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Hava nəqliyyatının turizmə töhfəsi artırılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumlarla birlikdə hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı təkliflər hazırlayacaq.

Bu təkliflərin də 20 oktyabr 2026-cı ilədək Nazirlər Kabinetinə təqdim edilməsi tələb olunur.

Dövlət Proqramına elektron nəzarət qurulur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə “e-monitorinq” portalında Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılığı üçün ayrıca modulun iki ay müddətində yaradılması tapşırılıb.

2027-ci ildən Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi bu modul vasitəsilə aparılacaq. İcraçı qurumların elektron informasiya sistemlərinin də “e-monitorinq” portalına inteqrasiyası nəzərdə tutulur.

İcraçı qurumlar 2027-ci ildən etibarən layihələrin icrası barədə məlumatları hər rüb, illik hesabatları isə hər il təqdim etməli olacaqlar. Maliyyə və İqtisadiyyat nazirlikləri layihələrin ümumi dəyəri, dövlət və özəl sektorun ayırdığı vəsait, istifadə olunmuş maliyyə, eləcə də beynəlxalq maliyyə institutlarından cəlb edilən kreditlər barədə məlumatları sistemdə yerləşdirəcəklər.

İş elanları AzVak.az-da

Azərbaycan turizm turizm Dövlət Proqramı 2026-2030 turizm kreditləri kredit faiz subsidiyası hotel kreditləri mehmanxana investisiyası turizm investisiyaları investisiya təşviqi sənədi turizm güzəştləri turizm və rekreasiya zonaları sanatoriya kreditləri qış turizmi Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi turizm biznesi Azərbaycanda hotel biznesi turizm layihələri turizm investorları hava nəqliyyatı və turizm Turizm haqqında Qanun.
28.08.2026 14:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19