Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb
(®) 26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbiri keçirilib.
Bankın yaydığı press-relizdə bildirilir ki, tədbirdə “Ziraat Bank Azərbaycan” ASC-nin, Bakı Fond Birjasının, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin, nümayəndələri, investorlar və digər qonaqlar iştirak ediblər.
“Ziraat Bank Azərbaycan”ın 15 milyon manat həcmində istiqraz emissiyasına bazardan 60.6 milyon manat, yəni emissiya məbləğinin 4 mislindən çox tələb daxil olub. Tələbin təklifi əhəmiyyətli dərəcədə üstələməsi investorların Bankın maliyyə dayanıqlılığına, etibarlılığına və gələcək inkişaf perspektivlərinə olan inamını nümayiş etdirir. Eyni zamanda, 144 investorun istiqrazlara maraq göstərməsi emissiyanın geniş investor auditoriyasını əhatə etdiyini, eləcə də Azərbaycanda alternativ və proqnozlaşdırıla bilən investisiya alətlərinə marağın artdığını göstərir.
Tədbirdə çıxış edən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir emissiyanın Bank üçün yalnız maliyyələşdirmə əməliyyatı deyil, eyni zamanda kapital bazarlarındakı mövqeyini gücləndirən, maliyyə mənbələrini şaxələndirən və yeni investorlarla uzunmüddətli əlaqələr qurmağa imkan yaradan strateji addım olduğunu bildirib.
Dr. Selçuk Demir, həmçinin yaxın zamanda 15 milyon manat həcmində ikinci istiqraz emissiyasının investorlara təqdim edilməsinin planlaşdırıldığını qeyd edib. Bank qarşıdakı dövrdə kapital bazarlarında daha fəal iştirak etməyi və qiymətli kağız emissiyalarını uzunmüddətli maliyyələşdirmə strategiyasının mühüm alətlərindən birinə çevirməyi hədəfləyir.
Tədbirin sonunda “Ziraat Bank Azərbaycan”, Bakı Fond Birjası, “PAŞA Kapital İnvestisiya Şirkəti” nümayəndələrinin iştirakı ilə istiqrazların birjada ticarətə buraxılmasını simvolizə edən açılış zəngi çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında dövriyyəsinə rəsmi start verilib.
Qeyd edək ki, istiqrazların ümumi həcmi 15 milyon manat, tədavül müddəti 12 ay, illik faiz dərəcəsi isə 10,5% təşkil edir. Kupon ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 manatdır.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















