Lizinq şirkəti yarım ildə 510 min manat qazanıb
“Hermes Finance”in xalis mənfəəti 40% artıb – Aktivləri 20,7 milyon manatı keçib“Hermes Finance” ASC 2026-cı ilin ilk yarısını 509,8 min manat xalis mənfəətlə başa vurub.
Marja.az Şirkətin açıqladığı yarımillik hesabata istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə xalis mənfəət 363,3 min manat təşkil etmişdi. Beləliklə, “Hermes Finance”in xalis mənfəəti illik müqayisədə 146,5 min manat və ya 40,3% artıb.
Şirkətin vergidən əvvəlki mənfəəti də yüksəlib. 2025-ci ilin ilk yarısında 456,6 min manat olan bu göstərici 2026-cı ilin yanvar-iyun aylarında 663,3 min manata çatıb. Artım 45,3% təşkil edib.
Komissiya gəlirləri 69% artıb
“Hermes Finance”in faiz gəlirləri bir ildə 3% artaraq 1 milyon 630,3 min manata, faiz xərcləri isə 2,7% artaraq 1 milyon 85,4 min manata yüksəlib.
Nəticədə xalis faiz gəliri 3,8% artaraq 544,9 min manat olub.
Şirkətin komissiya gəlirlərində daha yüksək artım qeydə alınıb. Komissiya gəlirləri 185,2 min manatdan 313,1 min manata yüksəlib ki, bu da 69,1% artım deməkdir.
Əməliyyat gəlirlərinin cəmi 27,7% artaraq 424,6 min manata çatıb.
Eyni zamanda, qeyri-faiz xərcləri 401,1 min manatdan 306,3 min manata enib. Bu göstərici illik müqayisədə 23,6% azalıb.
Bu dəyişikliklər nəticəsində 2025-ci ilin ilk yarısında 68,5 min manat zərər olan xalis qeyri-faiz gəliri/xərci göstəricisi 2026-cı ilin eyni dövründə 118,4 min manat müsbət nəticəyə çevrilib.
Aktivlər 3,3 milyon manat artıb
30 iyun 2026-cı il tarixinə “Hermes Finance”in cəmi aktivləri 20 milyon 735,3 min manat təşkil edib. Bir il əvvəl (30 iyun 2025-ci il tarixində) şirkətin aktivləri 17 milyon 420,4 min manat idi. Beləliklə, aktivlər 3 milyon 314,9 min manat və ya 19% artıb.
Şirkətin uzunmüddətli aktivləri 13% artaraq 19 milyon 258,6 min manata çatıb.
Maliyyə lizinqi üzrə uzunmüddətli debitor borclar 15 milyon 973,5 min manat olub. Bu göstərici illik müqayisədə 1 milyon 660 min manat və ya 11,6% artıb.
Pul vəsaitləri və onların ekvivalentlərində isə kəskin artım baş verib. Bu göstərici 159,9 min manatdan 1 milyon 21,8 min manata yüksəlib. Artım təxminən 6,4 dəfədir.
Öhdəliklər 19,2 milyon manata yaxınlaşıb
“Hermes Finance”in cəmi öhdəlikləri 30 iyun 2026-cı il tarixinə 19 milyon 177,3 min manat təşkil edib. Bir il əvvəl bu göstərici 16 milyon 502,4 min manat idi. Beləliklə, şirkətin öhdəlikləri 2 milyon 674,9 min manat və ya 16,2% artıb.
Uzunmüddətli öhdəliklər 18% artaraq 18 milyon 953,9 min manata çatıb. Bunun 18 milyon 851,5 min manatı faiz xərci yaradan uzunmüddətli öhdəliklərin payına düşür.
Qısamüddətli öhdəliklər isə əksinə, 49,6% azalaraq 223,4 min manata enib.
Kapital 70%-ə yaxın artıb
Şirkətin cəmi kapitalı 917,98 min manatdan 1 milyon 558 min manata yüksəlib. Artım 640 min manat və ya 69,7% təşkil edib.
“Hermes Finance”in nizamnamə kapitalı dəyişməyərək 900 min manat qalıb.
Bölüşdürülməmiş mənfəət isə 17,98 min manatdan 657,99 min manata yüksəlib.
“Hermes Finance”in sahibləri kimlərdir?
Şirkətin hesabatına görə, “Hermes Finance” ASC-nin üç fiziki şəxs səhmdarı var. Nuranə Ramiz qızı Mehrəliyeva Rzayevaya şirkətin nizamnamə kapitalının 45%-i və ya 1 350 səhm məxsusdur. Kamran Vaqif oğlu Quliyev də 1 350 səhmə və şirkətin kapitalının 45%-nə sahibdir. Baş direktor Həmid Mövsüm oğlu Mirzayev isə 300 səhmə və ya “Hermes Finance”in nizamnamə kapitalının 10%-nə nəzarət edir.
Şirkətin nizamnamə kapitalının ümumi məbləği 900 min manatdır.
“Hermes Finance” başqa şirkətlərdə də pay sahibidir
Hesabatdan görünür ki, “Hermes Finance” ASC “Level Leasing” ASC-nin nizamnamə kapitalında 38% paya malikdir. Bundan başqa, şirkətin “Caspian Auto Import” ASC-nin nizamnamə kapitalında 66,6667% payı var.
“Hermes Finance” maliyyə lizinqi, minik avtomobilləri və avtofurqonların sürücüsüz icarəsi, istifadədə olmuş minik avtomobillərinin pərakəndə satışı və digər fəaliyyət növləri ilə məşğuldur.
30 iyun 2026-cı il tarixinə şirkətdə 21 nəfər çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















