Əlindəki qızılın dəyərini bilirik! ®
AFB Bank-dan 50 000 AZN-dək qızıl girovu ilə kredit imkanı!AFB Bank müştərilərinə yeni maliyyə imkanı təqdim edir. Bank məhsul portfelinə tamamilə yeni olan “Qızıl təminatlı kredit” məhsulunu əlavə edib. Yeni kredit sayəsində müştərilər sahib olduqları qızıl-zinət əşyalarını satmadan, onları təminat kimi təqdim edərək ehtiyac duyduqları nağd vəsaiti əldə edə bilərlər.
Bəzən planları həyata keçirmək, gözlənilməz xərcləri qarşılamaq və ya sadəcə əlavə maliyyə imkanına sahib olmaq üçün vəsaitə ehtiyac yaranır. AFB Bank-ın yeni məhsulu belə hallarda müştərilərə alternativ və rahat kredit həlli təklif edir.
“Qızıl təminatlı kredit” üzrə 500 AZN-dən 50 000 AZN-dək vəsait əldə etmək mümkündür. Kredit aylıq 1,5%-dən başlayan faiz dərəcəsi ilə, 3 aydan 48 ayadək müddətə rəsmiləşdirilir. Məbləğin və müddətin geniş seçim imkanları müştərilərə kredit şərtlərini öz maliyyə ehtiyaclarına uyğunlaşdırmağa imkan verir.
Yeni məhsulun əsas üstünlüklərindən biri müştərinin sahib olduğu qızılı satmadan onun dəyərindən maliyyə imkanı kimi istifadə edə bilməsidir. Beləliklə, dəyərli əşyanız sizdə qalmaqla yanaşı, bu gün ehtiyac duyduğunuz vəsaiti əldə etməyiniz üçün təminata çevrilir.
AFB Bank yeni məhsulla kredit həllərini daha da genişləndirməyi və fərqli ehtiyacları olan müştərilər üçün daha əlçatan seçimlər yaratmağı hədəfləyir. Bankın Transformasiya Strategiyası çərçivəsində müştəriyönümlü məhsulların artırılması, xidmət proseslərinin daha rahat qurulması və maliyyə əlçatanlığının genişləndirilməsi əsas istiqamətlərdəndir.
Qızılınız varsa, planlarınızı təxirə salmağa ehtiyac yoxdur. Onu satmadan dəyərləndirin və AFB Bank-dan 50 000 AZN-dək “Qızıl təminatlı krediti” linkə keçid edərək əldə edin: https://afb.az/qizil-teminatli-kredit
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















