Volkswagen-də dərin böhran: İşçilər rəhbərliyə etimadın sarsıldığını bildirir
Almaniyanın avtomobil nəhəngi Volkswagen iş yerlərinin ixtisarı və zavodların bağlanması planları fonunda tarixinin ən ciddi böhranlarından biri ilə üzləşib.
Marja xəbər verir ki, şirkətin Volfsburqdakı baş qərargahında rəhbərliklə Həmkarlar İttifaqı arasında fövqəladə görüşlər keçirilir. Əsas müzakirə mövzusu xərclərin kəskin azaldılması proqramıdır. Məlumata görə, əlavə 50 min iş yerinin itirilməsi və Almaniyadakı beş zavodun bağlanması ehtimalı gündəmdədir.
Volkswagen-də Həmkarlar İttifaqının sədri Daniela Cavallo 10 mindən çox əməkdaşın iştirak etdiyi toplantıda şirkətin baş direktoru Oliver Blume və ali rəhbərliyə etimadın ciddi şəkildə zədələndiyini bildirib. Həmkarlar İttifaqının nümayəndələri Almaniyadakı zavodların bağlanmasını qəti şəkildə rədd edir.
Blume isə geri addım atılmayacağına işarə edib. Onun sözlərinə görə, Volkswagen təxminən 3,8%-lik hazırkı mənfəət marjası ilə gələcək layihələrini maliyyələşdirə bilməz. CEO şirkətin problemlərinin əsas səbəbləri sırasında Çin istehsalçılarının sərt rəqabətini, Almaniyada bahalı istehsal güclərini və ABŞ gömrük tariflərinin yaratdığı milyardlarla dollarlıq əlavə xərcləri göstərib.
Şirkət daxilində narazılıq da artır. Həkarlar İttifaqı nümayəndələri rəhbərliyin yenidənqurma planları barədə kifayət qədər məlumat vermədiyini bildirərək avqustun sonunadək Volfsburq, Tsvikau və Kassel-Baunatal daxil olmaqla doqquz ayrıca məlumatlandırma toplantısının keçirilməsini tələb ediblər.
Aşağı Saksoniya əyalətinin Baş naziri Olaf Lies zavodların bağlanmasının qəbuledilməz olduğunu bildirib. Almaniyanın ən böyük həmkarlar ittifaqı IG Metall isə rəhbərlik ixtisar və zavodların bağlanması planlarında israr edərsə, genişmiqyaslı və sərt etiraz aksiyalarına başlayacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
14 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















