"Azərbaycan Dövlət Neft Fondu 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub"
Dövlət Neft Fondu 2024-cü ildən 2026-cı ilin iyun ayınadək 76 ton qızıl alıb.Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) qızıl ehtiyatı ölkənin suveren xarici buferlərinin möhkəmləndirilməsində əsas amildir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı məlumata görə, cari ilin birinci rübünün sonuna SOFAZ-ın investisiya portfeli 73,5 milyard ABŞ dollarına çatıb, bu da Azərbaycanın proqnozlaşdırılan illik ÜDM-nin təxminən 93,2 %-ni təşkil edir.
Bununla yanaşı, qızıl SOFAZ-ın portfelinin ən böyük tərkib hissəsidir və fondun ümumi aktivlərinin 36 %-i onun payına düşür. Ötən ilin sonuna Azərbaycanın suveren xarici aktivlərində qızılın payı 32,2 % təşkil edib.
Agentliyin analitikləri vurğulayıblar ki, qiymətli metalın dəyərinin artması 2023-cü ildən bu ilin birinci rübünədək olan dövrdə SOFAZ-ın aktivlərinin birbaşa 19,4 milyard ABŞ dolları artmasını təmin edib. Eyni zamanda, bu artımın 26 %-i qızıl ehtiyatlarının həcminin artırılması hesabına əldə edilib.
Bundan əlavə, 2024-cü ildən 2026-cı ilin iyun ayınadək olan dövrdə SOFAZ ümumilikdə 76 ton qızıl alaraq, Polşa (274 ton), Çin (111 ton) və Hindistanın (77 ton) mərkəzi banklarından sonra dünyanın ən böyük institusional alıcıları sırasına daxil olub.
"Qızılın yüksək qiymətinin müsbət təsiri portfelin idarə olunması əməliyyatları, xüsusilə də onun yenidən balanslaşdırılması məqsədilə 2026-cı ilin yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsinin kumulyativ satışı hesabına qismən korreksiya olunub", - "Fitch"in hesabatında bildirilib.
Regionun digər ölkələrindən (Özbəkistan və Qırğızıstan) fərqli olaraq, Azərbaycanda qızıl əmtəə ixracında demək olar ki, heç bir paya malik deyil (2025-ci ilin yekunlarına görə cəmi 0,2 %). Agentlik vurğulayıb ki, ölkə qiymətli metalların ixracından asılı olmayan ənənəvi cari əməliyyatlar hesabının profisitini qoruyub saxlayır.
"Azərbaycan qızıl ehtiyatlarını əsasən ölkə daxilində saxlayır. Dövlət ərazisində fiziki saxlama (İngiltərə Bankı kimi xarici hablarda saxlamadan fərqli olaraq) siyasi-hüquqi riskləri azaldır və Azərbaycan qızılının likvidliyini xaricdə yerləşdirilmiş aktivlərə bərabər qiymətləndirirlər", - qeyd edilib.
Agentlik xatırladıb ki, Azərbaycanın suveren reytinqi "Sabit" proqnozla "BBB-" səviyyəsindədir.
"Fitch" Azərbaycanın xalis xarici kredit öhdəlikləri və valyuta likvidliyi üzrə mövqelərini "müstəsna dərəcədə güclü" kimi xarakterizə edib. Ölkənin kredit reytinqi artıq SOFAZ-ın genişmiqyaslı ehtiyatlarını əks etdirən xarici maliyyə kateqoriyası üzrə keyfiyyət əlavəsini (+1 pillə) özündə ehtiva edir.
"Qızılın daha yüksək qiymətlərinin SOFAZ-ın aktivlərinin həcminə aşkar müsbət təsir göstərməsinə və ölkə reytinqini dəstəkləməsinə baxmayaraq, onlar özlüyündə Azərbaycanın kredit reytinqinin dərhal daha da yüksəlməsinə çətin ki, gətirib çıxarsın", - "Fitch Ratings"-dən bildirilib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















