İri investisiya layihələrinin qarşısındakı maneələr aradan qaldırılır - Torpaqdan gömrüyədək qərarlar koordinasiyalı veriləcək
Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında sənaye istehsalının inkişafı üçün əlverişli mühit formalaşıb. Bu məqsədlə rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya infrastrukturu ilə (elektrik enerjisi, qaz, su, yol, rabitə və digər xidmətlər) tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək imkanı əldə edirlər. Sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır. Bu, və digər amillər ölkəyə davamlı investisiya axınını təmin edir. Bu, statistik göstəricilərdə öz əksini tapıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 % artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.
Ölkəyə investisiya axınının artması ilə yanaşı, investisiya layihələrinin daha səmərəli seçilməsi, prioritetləşdirilməsi və icrasının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu zərurət Azərbaycanın investisiya siyasətində yeni institusional mexanizmin formalaşdırılmasını şərtləndirib. Nazirlər Kabinetinin 1 iyun 2026-ci il sərəncamı ilə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Strateji investisiya layihələrin ilkin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir, daha sonra potensial investisiya layihələrinin siyahısı baxılma üçün Komissiyaya təqdim edilir. Komissiya strateji investisiya layihələrinin "sürətli keçid" mexanizmi çərçivəsində obyektiv analitik meyarlar əsasında seçilməsini və qiymətləndirilməsini həyata keçirəcək. Bu, iri investisiya layihələrinin həyata keçirilməsi müddətinin təxminən 30–40 faiz azaldılmasına imkan verəcək.
Yeni mexanizmin mahiyyəti strateji əhəmiyyət daşıyan investisiya layihələrinin daha koordinasiyalı və vahid yanaşma əsasında həyata keçirilməsidir. Çünki iri investisiya layihələrinin reallaşdırılması bir sıra məsələləri özündə birləşdirir. Layihələrin icrası torpaq, infrastruktur, enerji təminatı, tikinti, ekologiya, gömrük, vergi, nəqliyyat və digər istiqamətlər üzrə əlaqəli qərarların operativ və əlaqələndirilmiş şəkildə qəbulunu tələb edir. Məhz buna görə Komissiyanın tərkibinə iqtisadiyyat, maliyyə, energetika, ekologiya, ədliyyə, əmək, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat, gömrük, şəhərsalma və digər istiqamətlər üzrə dövlət qurumlarının daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə geniş institusional təmsilçilik strateji layihələrə müxtəlif aspektlərdən yanaşmağa və çoxsaylı məsələlərin bir neçə qurum arasında daha sürətli koordinasiya olunmasına imkan verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















