Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

77 mindən çox saxta IMEI bloklanıb – 1,6 milyon qoşulma cəhdinin qarşısı alınıb

Azərbaycanda saxta IMEI problemi: Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub. Telefon alanlara ciddi xəbərdarlıq – 77 mindən çox IMEI kod “klon” çıxıb
AzVak-mobil_resmin_ustu_31
77 mindən çox saxta IMEI bloklanıb – 1,6 milyon qoşulma cəhdinin qarşısı alınıb

AZCON Holding  şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 77 min 614 IMEI koda “klon” statusu verilərək blok edilib. Araşdırmalar nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla bu günə qədər 1 milyon 613 min 177 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub. Bütün cəhdlərin qarşısı “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb. 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata keçirmək mümkündür.

Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir.

“AzInTelecom” MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində qeyd edilən İMEİ nömrəsini mygov portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.

İş elanları AzVak.az-da

AzInTelecom AZCON Holding IMEI IMEI kod saxta IMEI kopyalanmış IMEI klon IMEI IMEI bloklanması mobil telefon mobil cihaz telefon qeydiyyatı Mobil Cihazların Qeydiyyat Sistemi MCQS mygov IMEI yoxlama telefonların qeydiyyatı mobil şəbəkə Azərbaycan mobil rabitə bazarı telefon alarkən IMEI yoxlama xaricdən gətirilən telefonlar mobil cihazların qeydiyyatı saxta telefonlar telekommunikasiya mobil rabitə IMEI qeydiyyatı
25.08.2026 09:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19