Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın nəhəng enerji şirkətinin gəlirləri və mənfəəti geriləyib – RƏQƏMLƏR

Cənub Qaz Dəhlizinin gəlirləri 263 milyon dollar, əməliyyat mənfəəti 250 milyon dollara yaxın azalıb. Cənub Qaz Dəhlizinin banklardakı depozitləri 2,1 milyard dolları keçib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın nəhəng enerji şirkətinin gəlirləri və mənfəəti geriləyib – RƏQƏMLƏR

“Southern Gas Corridor” QSC (Cənub Qaz Dəhlizi QSC) 2025-ci ili 1 milyard 630,9 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

Marja.az Şirkətin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə xalis mənfəət 1 milyard 711,1 milyon dollar təşkil etmişdi. Beləliklə, Cənub Qaz Dəhlizinin illik xalis mənfəəti 80,2 milyon dollar və ya 4,7% azalıb.

2025-ci ildə şirkətin gəlirləri 2 milyard 986,2 milyon dollar olub. Bu göstərici 2024-cü ildəki 3 milyard 249,6 milyon dollarla müqayisədə 263,3 milyon dollar və ya 8,1% azdır.

Satışların maya dəyəri 705,1 milyon dollardan 680,5 milyon dollara düşüb. Nəticədə şirkətin ümumi mənfəəti 2 milyard 305,7 milyon dollar təşkil edib. Bir il əvvəl ümumi mənfəət 2 milyard 544,4 milyon dollar idi. Bu, 9,4%-lik azalma deməkdir.

Əməliyyat mənfəəti 12%-dən çox azalıb

Cənub Qaz Dəhlizinin ümumi və inzibati xərcləri 2025-ci ildə 428,3 milyon dollar, nəqliyyat tarifləri üzrə xərcləri isə 167,4 milyon dollar təşkil edib.

2024-cü illə müqayisədə nəqliyyat tarifləri üzrə xərclər 10,6% azalıb.

Şirkətin digər gəlirləri 111,7 milyon dollardan 79,3 milyon dollara düşüb.

Bunun fonunda əməliyyat mənfəəti 2024-cü ildəki 2 milyard 38,7 milyon dollardan 2025-ci ildə 1 milyard 789,3 milyon dollara enib. Azalma 249,5 milyon dollar və ya 12,2% təşkil edib.

Faiz gəlirləri artıb, maliyyə xərcləri kəskin azalıb

2025-ci ildə Cənub Qaz Dəhlizinin faiz gəlirləri 186,7 milyon dollar olub. 2024-cü ildə bu göstərici 154,5 milyon dollar idi. Faiz gəlirləri illik müqayisədə 20,9% artıb.

Eyni zamanda, maliyyə xərcləri 390,1 milyon dollardan 268,1 milyon dollara düşüb. Beləliklə, maliyyə xərclərində 31,3% azalma qeydə alınıb.

Assosiasiya olunmuş müəssisənin maliyyə nəticəsində şirkətin payı 80,8 milyon dollar təşkil edib. 2024-cü ildə bu göstərici 72,5 milyon dollar idi.

Cənub Qaz Dəhlizinin vergidən əvvəl mənfəəti 1 milyard 789,8 milyon dollar olub. Bir il əvvəl bu göstərici 1 milyard 877,2 milyon dollar təşkil etmişdi.

Mənfəət vergisi xərcləri isə 158,98 milyon dollar olub.

Aktivlər 14,6 milyard dolları keçib

Gəlir və mənfəətin azalmasına baxmayaraq, Cənub Qaz Dəhlizinin aktivləri əhəmiyyətli dərəcədə böyüyüb. 31 dekabr 2025-ci il tarixinə şirkətin cəmi aktivləri 14 milyard 615,4 milyon dollar təşkil edib. 2024-cü ilin sonunda aktivlər 13 milyard 509,8 milyon dollar idi. Beləliklə, şirkətin aktivləri bir il ərzində 1 milyard 105,7 milyon dollar və ya 8,2% artıb.

Uzunmüddətli aktivlər 9 milyard 731,9 milyon dollar, cari aktivlər isə 4 milyard 883,5 milyon dollar olub.

Cari aktivlər illik müqayisədə 40,1% artıb.

Banklardakı depozitlər 2,1 milyard dolları keçib

Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 2024-cü ilin sonundakı 410,4 milyon dollardan 2025-ci ilin sonunda 653,5 milyon dollara yüksəlib. Artım 59,2% təşkil edib.

Depozitlərin həcmi isə daha sürətlə artaraq 1 milyard 230,4 milyon dollardan 2 milyard 120,6 milyon dollara çatıb. Bu, bir il ərzində 890,2 milyon dollar və ya 72,4% artım deməkdir.

Qısamüddətli investisiyalar 1 milyard 498,5 milyon dollar, ticarət və digər debitor borcları 321,3 milyon dollar, ehtiyatlar isə 70,9 milyon dollar təşkil edib.

Kapital 9,1 milyard dollara çatıb

2025-ci ilin sonunda Cənub Qaz Dəhlizinin ümumi kapitalı 9 milyard 103,7 milyon dollar olub. 2024-cü ilin sonunda bu göstərici 8 milyard 74,2 milyon dollar idi. Beləliklə, kapital 1 milyard 29,5 milyon dollar və ya 12,8% artıb. Ana şirkətin səhmdarlarına aid kapital 5 milyard 265,3 milyon dollardan 6 milyard 378 milyon dollara yüksəlib. Artım 21,1% təşkil edib.

Bölüşdürülməmiş mənfəət isə 2 milyard 854,1 milyon dollardan 3 milyard 921,4 milyon dollara çatıb və 37,4% artıb.

Qeyri-nəzarət paylarının kapitalı 2 milyard 725,6 milyon dollar təşkil edib.

Uzunmüddətli borclar 2 milyard dollardan çox azalıb

Maliyyə hesabatında diqqət çəkən əsas dəyişikliklərdən biri şirkətin borclarının müddət strukturunda baş verib.

Uzunmüddətli borclar 2024-cü ilin sonundakı 3 milyard 495,8 milyon dollardan 2025-ci ilin sonunda 1 milyard 356,3 milyon dollara düşüb. Bu, 61,2%-lik azalma deməkdir.

Əvəzində uzunmüddətli borcların qısamüddətli hissəsi və digər qısamüddətli borclar 153 milyon dollardan 2 milyard 163,4 milyon dollara yüksəlib.

Bununla belə, uzun və qısamüddətli borcların ümumi məbləği 3 milyard 648,8 milyon dollardan təxminən 3 milyard 519,7 milyon dollara düşüb.

Şirkətin ümumi öhdəlikləri təxminən 5 milyard 511,8 milyon dollar təşkil edib.

Cənub Qaz Dəhlizinin strukturu

Maliyyə hesabatında bildirilir ki, “Southern Gas Corridor” QSC 2014-cü ildə yaradılıb.

Şirkətin səhmlərinin 51%-i SOCAR-a, 49%-i isə Azərbaycan Respublikasına məxsusdur. Dövlətə məxsus pay Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunur.

Şirkət “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrində dövlət maraqlarının konsolidasiyası, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılıb.

Qrupun strukturuna “SGC Upstream LLC”, “SGC Midstream LLC”, “TANAP Doğalgaz İletim A.Ş.” və İsveçrədə qeydiyyatdan keçmiş “AzTAP GmbH” daxildir. Cənub Qaz Dəhlizi TANAP-da 51% paya malikdir. “AzTAP GmbH” vasitəsilə isə TAP layihəsində 20%-lik iştirak payına sahibdir.

İş elanları AzVak.az-da

Cənub Qaz Dəhlizi Southern Gas Corridor SGC Cənub Qaz Dəhlizi QSC SOCAR Azərbaycan qazı Şahdəniz TANAP TAP Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizi gəlirləri Cənub Qaz Dəhlizi mənfəəti Cənub Qaz Dəhlizi aktivləri SGC maliyyə hesabatı SGC 2025 TANAP Azərbaycan TAP Azərbaycan SOCAR maliyyə göstəriciləri Azərbaycan enerji sektoru qaz ixracı Azərbaycan Avropa qazı
25.08.2026 08:08
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19