Dövlət şirkətinin maliyyə göstəricilərində ciddi pisləşmə - Yığılmış zərəri 249 milyon manatı keçib
“Təmiz Şəhər”in maliyyə tablosu ağırlaşdı: zərər 240% artıb. Ötən il Təmiz Şəhər”in gəlirləri 4,8 milyon manat azalıb, xərcləri 5,8 milyon manat artıb. 2026-cı ildə dövlət şirkətinin xalis zərəri 5,7 milyon manata yüksəlib.Bakı şəhərində və işğaldan azad olunan ərazilərdə bərk məişət tullantılarının idarə olunması sahəsində fəaliyyət göstərən dövlət qurumu olan "Təmiz Şəhər" ASC 2025-ci ili 5 milyon 666,2 min manat xalis zərərlə başa vurub. 2024-cü ildə Şirkətin xalis zərəri 1 milyon 666,9 min manat olmuşdu. Beləliklə, “Təmiz Şəhər”in illik zərəri 2025-ci ildə 3,4 dəfə və ya 4 milyon manata yaxın artıb.
Marja.az Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri də azalıb. 2025-ci ildə “Təmiz Şəhər”in gəlirləri 36 milyon 787 min manat təşkil edib. 2024-cü ildə isə bu göstərici 41 milyon 575,7 min manat idi. Nəticədə gəlirlər 4 milyon 788,8 min manat və ya 11,5% azalıb.
Gəlirlərin azalması fonunda əməliyyat xərcləri əks istiqamətdə dəyişib. Şirkətin cəmi əməliyyat xərcləri 2024-cü ildəki 35 milyon 857,6 min manatdan 2025-ci ildə 41 milyon 630,4 min manata yüksəlib. Bu, 5 milyon 772,8 min manat və ya 16,1% artım deməkdir.
Nəticədə şirkətin əsas əməliyyat fəaliyyətində də ciddi pisləşmə yaranıb. Gəlirlərlə əməliyyat xərcləri arasındakı fərq 2024-cü ildə təxminən 5 milyon 718,2 min manat müsbət olduğu halda, 2025-ci ildə 4 milyon 843,4 min manat mənfi olub. Başqa sözlə, bu göstərici üzrə illik pisləşmə 10,5 milyon manatı ötüb.
Ən böyük xərc əməkhaqqına gedib
2025-ci ildə “Təmiz Şəhər”in əməkhaqqı və əlaqədar xərcləri 12 milyon 674,7 min manat təşkil edib. Elektrik enerjisinin maya dəyəri 11 milyon 770,4 min manat, köhnəlmə və amortizasiya xərcləri 3 milyon 303,2 min manat, sosial təminat xərcləri isə 2 milyon 711,1 min manat olub.
Kommunal xərclər 2 milyon 583 min manata, material xərcləri 1 milyon 372,2 min manata, peşəkar xidmətlər üzrə xərclər isə 1 milyon 52 min manata yaxınlaşıb.
Digər əməliyyat xərcləri isə 2024-cü ildə cəmi 68,2 min manat olduğu halda, 2025-ci ildə 3 milyon 820,5 min manata yüksəlib.
Aktivlər 13,4 milyon manat azalıb
“Təmiz Şəhər” ASC-nin cəmi aktivləri 2025-ci ilin sonunda 47 milyon 450,1 min manat təşkil edib. Bir il əvvəl aktivlərin həcmi 60 milyon 857,9 min manat idi.
Beləliklə, şirkətin aktivləri bir il ərzində 13 milyon 407,9 min manat və ya 22% azalıb.
Uzunmüddətli aktivlərin həcmi 19 milyon 548 min manatdan 11 milyon 984,6 min manata düşüb. Cari aktivlər isə 41 milyon 309,9 min manatdan 35 milyon 465,5 min manata geriləyib.
Şirkətin pul vəsaitləri də əhəmiyyətli dərəcədə azalıb. 2024-cü ilin sonunda 33 milyon 724,3 min manat olan pul vəsaitləri və onların ekvivalentləri 2025-ci ilin sonunda 25 milyon 745,2 min manata enib. Azalma təxminən 8 milyon manat və ya 23,7% təşkil edib.
Kapital 14,2 milyon manat "əriyib"
Hesabata əsasən, “Təmiz Şəhər”in cəmi kapitalı 2024-cü ilin sonundakı 55 milyon 974,6 min manatdan 2025-ci ilin sonunda 41 milyon 775 min manata düşüb. Beləliklə, şirkətin kapitalı bir il ərzində 14 milyon 199,7 min manat və ya 25,4% azalıb.
Eyni zamanda, cəmi öhdəliklər 4 milyon 883,3 min manatdan 5 milyon 675,1 min manata yüksəlib. Bu isə təxminən 16,2% artım deməkdir.
Şirkətin yığılmış zərəri 2025-ci ilin sonunda 249 milyon 185,3 min manata çatıb. 2024-cü ilin sonunda bu göstərici 243 milyon 519,1 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
17 d. əvvəl
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan rəqəmsal nəhəngləri vergi uçotuna aldı - Netflix, eBay və Anthropic də siyahıdadır
-
1 saat əvvəl
“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı ®
-
1 saat əvvəl
Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır ®
-
1 saat əvvəl
Dövlət şirkətinin maliyyə göstəricilərində ciddi pisləşmə - Yığılmış zərəri 249 milyon manatı keçib
-
2 saat əvvəl
Prezident Əliyev Zelenskiyə yazdı: “Dəstəyi davam etdirəcəyik”
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Avqustun 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dövlət şirkətinin maliyyə göstəricilərində ciddi pisləşmə - Yığılmış zərəri 249 milyon manatı keçib
Prezident Əliyev Zelenskiyə yazdı: “Dəstəyi davam etdirəcəyik”
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
METAK istehsalı rəqəmsallaşdırır – Şimali Makedoniya şirkəti ilə yeni layihəyə başladı
Rəsmi məzənnələr açıqlandı
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub




















