NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb ®
NEQSOL Holding 2026-cı il “Brandon Hall Group HCM Excellence Awards” çərçivəsində “Gələcək iş”(Future of Work), “İnsan resurslarının idarə edilməsi” (Human Resources) və “Təlim və inkişaf” (Learning & Development) kateqoriyalarında dörd mükafata layiq görülüb. Bu beynəlxalq mükafatlar Holdinqin insan kapitalının strateji inkişafı, korporativ öyrənmə və inkişaf, eləcə də müasir iş mühitinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə tanındığını nümayiş etdirir.
Bu il Holdinq üçün xüsusi əhəmiyyət daşıyan nailiyyətlərdən biri “NEQSOL AI Upskilling” Proqramının “Süni intellekt və gələcək iş” (“AI and Future of Work”) kateqoriyasında Qızıl mükafata layiq görülməsidir. Mükafat Holdinqin biznesin gələcək tələblərini qabaqlayaraq əməkdaşların süni intellekt sahəsində bilik və praktiki bacarıqlarının inkişafına yönəlmiş strateji yanaşmasının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Proqram əməkdaşlara süni intellekt alətlərindən iş fəaliyyətlərində effektiv istifadə etməyə imkan yaradaraq, səmərəliliyin daha da artırılmasına, innovasiyaların təşviqinə və dəyər yaradılmasına töhfə verir.
“Müasir biznes mühitində bilik və bacarıqlara sərmayə tədricən daha böyük əhəmiyyət kəsb edir. İnsan kapitalının inkişafı strateji prioritetlərimizdən biridir və biz əməkdaşlarımızın gələcəyin tələblərinə uyğun bacarıqlara yiyələnməsini davamlı şəkildə dəstəkləyirik. Bu yanaşma süni intellekt kimi yeni texnologiyalar üzrə bilik və təcrübənin artırılması ilə yanaşı, liderlik və peşəkar bacarıqların gücləndirilməsini, eləcə də davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasını əhatə edir. Bu mükafatlar həm əməkdaşlarımıza uzunmüddətli sərmayələrimizi, həm də komandalarımızın birgə səylərini əks etdirir. Bu nailiyyətlərin əldə olunmasına töhfə verən hər kəsə təşəkkür edirəm”, - deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
Digər mükafatlar NEQSOL Holding-in təlim və insan kapitalı ekosisteminin inkişafı istiqamətində əldə etdiyi uğurları əks etdirir. Qeyd olunan istiqamətlərə peşəkar inkişaf, ixtisasartırma, sosial təsir təşəbbüsləri və Holdinq üzrə davamlı öyrənməni təşviq edən proqramlar daxildir.
Qeyd edək ki, NEQSOL Holding daha əvvəl istedadların inkişafı, təlim və liderlik sahələrində təşkilat miqyasında həyata keçirdiyi kompleks yanaşmaya görə Association for Talent Development (“İstedadların İnkişafı Assosiasiyası”) tərəfindən təqdim olunan BEST Award 2026 mükafatına layiq görülüb. Bu yanaşma fərdiləşdirilmiş təlim, peşəkar inkişaf, mentorluq və kouçinq imkanları təqdim edən Holdinqin rəqəmsal təlim ekosistemi olan NEQSOL Academy vasitəsilə dəstəklənir. 2026-cı ildə Holdinq NEQSOL Academy çərçivəsində SkillHub platformasını istifadəyə verərək istifadəçilərə süni intellekt, rəqəmsal transformasiya, biznes, liderlik, kommunikasiya və şəxsi inkişaf üzrə kurslardan ödənişsiz yararlanmaq imkanı təqdim edib.
“Brandon Hall Group Excellence Awards” insan kapitalının idarə olunması sahəsində aparıcı beynəlxalq mükafatlardan biri hesab olunur, təlim və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı və təşkilati effektivlik sahələrində mühüm nailiyyətləri qiymətləndirir. Mükafatın qalibləri müxtəlif meyarlar əsasında aparılan hərtərəfli təhlil və qiymətləndirmə prosesi nəticəsində müəyyən edilir.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
NEQSOL Academy davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları təqdim edən NEQSOL Academy “Hər yerdə, Hər zaman” prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















