970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

6 ayda 165 milyon manat gəlir – dövlət şirkəti sürətlə böyüyür

Şirkətin gəlirləri 2026-cı ilin sonunda 300 milyon manatı aşa bilər. “Azəralüminium” 100 milyon dollarlıq ixrac həddinə çatır.
AzVak-mobil_resmin_ustu_31
6 ayda 165 milyon manat gəlir – dövlət şirkəti sürətlə böyüyür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan  “Azəralüminium” 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib.

Marja.az Azərbaycan İnvestisiya Holdinqinə (AİH) istinadən xəbər verir ki, Şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.

Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac olunması “Azəralüminium”un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.

2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib. Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir.

Cənubi Qafqaz regionunda yeganə ilkin alüminium və alüminium təbəqə istehsalçısı olan, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar təqdim edən dövlət müəssisəsi.

İş elanları AzVak.az-da

Azəralüminium Azəralüminium MMC alüminium alüminium istehsalı alüminium ixracı Azərbaycan alüminiumu qeyri-neft ixracı dövlət şirkətləri dövlət qeyri-neft ixracatçıları Azəralüminium gəlirlər sənaye istehsalı Azərbaycan sənayesi metallurgiya metal ixracı xarici bazarlar ixrac bazarları
21.08.2026 10:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19