Bakıda üçtərəfli lizinq görüşü
Ölkədə lizinq bazarının canlandırılması məqsədi ilə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında üçtərəfli görüş keçirilib.
Bu barədə ALŞA-nın sədri Elçin Əhmədov məlumat verib.
Onun sözlərinə görə, görüşün məqsədi lizinq bazarındakı vəziyyəti, mövcud problemləri müzakirə etmək, lizinqin təşviq edilməsi yollarını müzakirə etmək olub:
“Söhbət MBNP-nın bu bazara nəzarət etməsindən, lizinq fəaliyyətinin lisenziyalaşdırılmasından getmir. Sadəcə, dövlət qurumunun lizinqin təşviq edilməsində gələcək rolu barədə müzakirələr aparılıb”.
E.Əhmədov onu da deyib ki, hazırda lizinq şirkətləri demək olar, ancaq yığımla məşğuldur:
“Lizinq bazarındakı vəziyyət bank sektorundakı vəziyyətlə əlaqəlidir. Təbii ki, banklar kreditləşdirməni məhdudlaşdırdığı kimi, lizinq şirkətləri də maliyyələşməni məhdudlaşdırıb. Həm müştəri azdır, həm də şirkətlər yeni risklərə getmək istəmir, odur ki, hələ yığımla məşğuldurlar. Lakin istənilən halda onların bazarı tərk etməməsi müsbət haldır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
3 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
3 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
7 d. əvvəl
Azərbaycanda 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı keçiriləcək - SƏRƏNCAM
-
20 d. əvvəl
ABŞ və İran sülh danışıqlarına “imkan yaratmaq” üçün döyüşləri dayandırıb – NEFT 7% UCUZLAŞIB
-
51 d. əvvəl
Fransanın borclanma faizi son 17 ilin ən yüksək səviyyəsinə çatıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşğaldan azad olunmuş ərazilərə 500 milyon manata yaxın daha az xərclənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Dövlət büdcəsindən satınalma üçün daha çox xərclənib
İyulun 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Azneft”də təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb
“EMBAFİNANS” 13 faizlə 4 milyon manat borclanır
Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi
Dövlət 6 ayda 945 milyon manat borc qaytarıb








.webp)













