970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Uzunluğu 420 kilometr olan yolların yenilənməsinə 70 milyon manat xərclənəcək

Layihələr 156 min 271 nəfərin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Uzunluğu 420 kilometr olan yolların yenilənməsinə 70 milyon manat xərclənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Marja xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasında yol, nəqliyyat, enerji, təhsil, yaşayış və kommunal infrastrukturu əhatə edən layihələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulur.

Yeni maliyyələşdirmə paketinin ən böyük istiqamətlərindən biri avtomobil yollarının əsaslı təmiri olacaq. Muxtar respublikada ümumi uzunluğu 420 kilometr olan yolların yenilənməsinə 70 milyon manat yönəldiləcək. Layihələr 156 min 271 nəfərin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edəcək.

420 kilometr yol əsaslı təmir olunacaq

Sərəncama əlavə edilmiş siyahıya əsasən, əsaslı təmir ediləcək avtomobil yolları 12 layihə üzrə müəyyənləşdirilib.

Ordubad rayonunda Biləv–Bist–Ələhı–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yolunun 40 kilometrlik hissəsi əsaslı təmir ediləcək. Yol 7 yaşayış məntəqəsini və 3 min 413 nəfər əhalini əhatə edir.

Culfa rayonunda Kırna–Dizə–Gal–Şurud avtomobil yolunun 30 kilometrlik hissəsi yenilənəcək. Layihədən 4 yaşayış məntəqəsində yaşayan 1785 nəfər faydalanacaq.

Naxçıvan şəhərində isə ümumilikdə 50 kilometr avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İşlər Azərbaycan, Zərifə Əliyeva, 20 Yanvar və 6-cı küçələri, Xətai küçəsinin 12, 48, 49, 52, 54, 56, 57, 59 və 60-cı məhəllələrini, həmçinin Əliabad qəsəbəsi və Qaraxanbəyli kəndinin avtomobil yollarını əhatə edəcək. Bu layihənin əhatə etdiyi əhalinin sayı 91 min nəfərdir.

Bundan başqa:

• Ordubad şəhərində 60 kilometr yol – 10 min 798 nəfər;

• Babək şəhərində 33 kilometr yol – 6 min 28 nəfər;

• Şahbuz şəhərində 31 kilometr yol – 4 min 654 nəfər;

• Culfa şəhərində 24 kilometr yol – 13 min 748 nəfər;

• Babək rayonunun Qahab, Naxışnərgiz, Şəkərabad, Çeşməbasar və Güznüt kəndlərində 59 kilometr yol – 9 min 616 nəfər;

• Culfa rayonunun Əbrəqunus və Bənəniyar kəndlərində 41 kilometr yol – 6 min 563 nəfər;

• Ordubad rayonunun Dəstə kəndində 33 kilometr yol – 5 min 268 nəfər;

• Şərur rayonunun Oğuzxan kəndində 13 kilometr yol – 2 min 490 nəfər;

• Şahbuz rayonunun Nursu kəndində 6 kilometr yol – 908 nəfər

əsaslı təmir ediləcək.

Beləliklə, yol proqramı ümumilikdə 420 kilometr avtomobil yolunu və 26 yaşayış məntəqəsini əhatə edəcək.

Sərəncam Prezident İlham Əliyev tərəfindən 12 avqust 2026-cı ildə imzalanıb.

İş elanları AzVak.az-da

12.08.2026 10:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19