Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu - FOTOLAR
2 avqust tarixində, Sea Breeze Yacht Club-da keçirilən möhtəşəm tədbir ilə Porsche-nin yeni tam elektrikli Cayenne model xətti Azərbaycanda təqdim edilib. Porsche həvəskarlarını bir araya gətirən xüsusi təqdimat günündə qonaqlar yeni nəslin dizaynı, texnologiyaları və performans imkanları ilə yaxından tanış olublar.
Tədbirin açılışında "Əfəndilər Qrup"un İcraçı Direktoru Amal Əlili qonaqları salamlayaraq şirkətin Azərbaycanda elektromobilliyin inkişafındakı rolundan danışıb. O, "Əfəndilər Qrup"un Azərbaycanda ilk tam elektrikli avtomobillərin satışını həyata keçirən rəsmi idxalçı olduğunu vurğulayıb və bu istiqamətdə əldə edilən təcrübənin qrupun gələcəyə baxışında mühüm yer tutduğunu qeyd edib.
Yeni Cayenne Electric-in təqdimat anı isə Azərbaycanda ilk dəfə həyata keçirilən qeyri-adi konsepsiya ilə yadda qalıb. Suyun üzərində xüsusi platformada yerləşdirilmiş Cayenne Electric sudan çıxan dalğıclar tərəfindən üzəri açılaraq təqdim edilib. Səhnələşdirilmiş təqdimat modelin özünəməxsus xarakterini əks etdirərək gecənin ən yaddaqalan anlarından birinə çevrilib.
Porsche-nin ən güclü seriya modeli — SUV kuzovunda
Yeni Cayenne Electric Azərbaycanda iki fərqli kuzov seçimi — Cayenne və Cayenne Coupé ilə təqdim olunub. Beləliklə, model Cayenne-nin gündəlik funksionallığını qorumaqla yanaşı, daha dinamik dizayna üstünlük verənlər üçün Coupé alternativini də təklif edir.
Yeni modelin ən diqqətçəkən tərəfi isə onun performansıdır. Model xəttinin zirvəsində dayanan Cayenne Turbo Electric 1 156 at gücünədək güc hasil edir və 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır. Bu göstərici ilə Cayenne Turbo Electric, SUV kuzovuna baxmayaraq, Porsche-nin indiyədək istehsal etdiyi ən güclü seriya avtomobili statusunu daşıyır.
Beləliklə, yeni Cayenne Electric Porsche üçün sadəcə mövcud SUV modelinin elektrik versiyası deyil. O, superkar səviyyəsində sürətlənməni, SUV funksionallığını, off-road imkanlarını və yeni nəsil elektrik texnologiyalarını bir avtomobildə birləşdirərək Cayenne model ailəsinin tarixində yeni mərhələnin başlanğıcını qoyur.
Yeni Porsche Cayenne Electric, eləcə də Porsche-nin digər elektromobilləri ilə yaxından tanış olmaq və modellər haqqında ətraflı məlumat əldə etmək istəyənlər Porsche Bakı Mərkəzinə yaxınlaşa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
14 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
17 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
17 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















