"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb ®
Ən böyük uduş “Super Keno” oyununda qazanılıb - Bakı şəhər sakini 10 uğurlu rəqəmlə 100 000 manatın sahibi olub. “4+4” tirajlı lotereyasında isə 1 900 000 manatlıq cekpot cəmi 1 rəqəmlə qaçırılıb.Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın tirajlı lotereyaları və “Poz-Qazan” oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə alınıb.
Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş “Super Keno” oyununda qazanılıb. Bakı şəhər sakini 10 uğurlu rəqəmlə 100 000 manatın sahibi olub. “4+4” tirajlı lotereyasında isə Ümid Hüseynov 1 900 000 manatlıq cekpotu cəmi 1 rəqəmlə qaçırsa da, 15 986 manat qazanaraq şanslı qaliblər sırasına qoşulub.
İyul ayında “Poz-Qazan” oyunları üzrə ümumilikdə 3 milyon 290 mindən çox uduşlu bilet qeydə alınıb. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,7 milyon manatdan çox olub. Ayın bəxtəvərləri sırasında qiyməti 1 manat olan “Qızıl” lotereyası ilə 25 000 manat qazanan Rəvvaq Şaliyev, eləcə də qiyməti 2 manat olan “Uğurlu 7” lotereyası ilə 10 000 manat qazanan Vüqar Həsənov da yer alıb. Bundan əlavə, “4 Fəsil” oyunu üzrə iki nəfər hər biri 5 000 manat, “Qoşa” oyunu üzrə isə üç nəfər hər biri 4 000 manat uduş qazanıb.
“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 1 900 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif “Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.
Biletləri Azərlotereya.com və Misli.azsəhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















