Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
Tarixi layihə tamamlandı: Xəzərin dibindən 380 kilometrlik internet magistralı çəkildiAvropa ilə Asiya arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.
“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib. Xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə zirehli fiber-optik kabel Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Azərbaycan üzərindən yeni rəqəmsal dəhliz yaradacaq "Rəqəmsal İpək Yolu" layihəsinin əsas komponentlərindən biri Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsidir. Layihəni texniki baxımdan mürəkkəbləşdirən əsas amil Xəzər dənizinin dibi ilə belə bir infrastrukturun ilk dəfə yaradılması idi. Bu mərhələnin uğurla tamamlanması tezliklə Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlamasına imkan verəcək”.
Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası, həmçinin yerüstü infrastrukturun tikintisi üzrə işlər davam etdirilir. Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - “Rəqəmsal İpək Yolu” məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
"AzerTelecom" haqqında
"AzerTelecom" regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet trafikinin topdansatışı, tranziti, transmissiya və s. xidmətləri təqdim edir. "AzerTelecom" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 1 saat əvvəl
-
5 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
6 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
7 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























