Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
Azərbaycan, Braziliya və WCO nümayəndələri Food City-də bir araya gəldi. Food City Agrocomplex-də böyük gömrük yeniliyi müzakirə olunub. Logistika klasterinə Səlahiyyətli İqtisadi Operator (SİO) statusu verilə bilər. Xudatda qurulan logistika infrastrukturu beynəlxalq nümayəndələri heyran edib.2026-cı il iyulun 29-da Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Agrocomplex logistika klasterində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti başda sədr müavini Fuad Məmmədov olmaqla, Braziliya Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho, Ümumdünya Gömrük Təşkilatının (WCO) regional rəhbəri Antonio Lo Parko və digər nümayəndələrin iştirakı ilə işgüzar görüş keçirilib.
Səfər çərçivəsində qonaqlara kompleksin infrastrukturu təqdim olunub.
Nümayəndə heyəti quru və soyuducu anbarlar, müvəqqəti saxlanc statuslu gömrük anbarları, qida laboratoriyası, əmtəə birjası, meyvə çeşidləmə və qablaşdırma xətləri, gömrük nəzarət zonası, TIR terminalı, dəmir yolu infrastrukturu və özəl vaqon parkı ilə tanış olub.
Görüş zamanı əsas diqqət Food City Agrocomplex-də tətbiq olunan "bir pəncərə" sistemi və kompleksə Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun verilməsi təşəbbüsü üzərində cəmlənib. Tərəflər bu statusun logistika klasterinə verilməsinin yarada biləcəyi potensial üstünlüklər, gömrük prosedurlarının sadələşdirilməsi, etibarlı ticarətin təşviqi, rəqəmsal inteqrasiyanın genişləndirilməsi və beynəlxalq təchizat zəncirlərinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Food City Agrocomplex-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və digər aidiyyəti qurumlar vahid məkanda fəaliyyət göstərərək inteqrasiya olunmuş xidmət modeli vasitəsilə xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli həyata keçirilməsinə dəstək verirlər.
Müzakirələr zamanı Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit və reeksport potensialının artırılması, gömrük prosedurlarının sürətləndirilməsi və rəqəmsal inteqrasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi məsələləri də nəzərdən keçirilib.
Səfər çərçivəsində Braziliya Gömrük Administrasiyasının rəhbəri Fabiano Coelho Food City Agrocomplex-də yaradılmış logistika infrastrukturu və xüsusilə "bir pəncərə" modelinə maraq göstərərək bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Food City Agrocomplex-in Baş İcraçı Direktoru Anar Ağayev bildirib:
“Food City Agrocomplex Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən strateji logistika klasteridir. Burada tətbiq olunan "bir pəncərə" modeli dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirərək xarici ticarətin daha sürətli və səmərəli təşkilinə xidmət edir. Beynəlxalq tərəfdaşlarımızla aparılan müzakirələr bu modelin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.”

Food City Agrocomplex Xaçmaz rayonunun Xudat şəhərində, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən çoxfunksiyalı logistika klasteridir. Kompleks "bir pəncərə" prinsipi əsasında fəaliyyət göstərərək xarici ticarət iştirakçılarına logistika, gömrük və digər dövlət xidmətlərini vahid məkanda təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 1 saat əvvəl
-
5 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
6 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
7 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























