970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır

AzVak-mobil_resmin_ustu_31
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın istehlak məhsulları nəhəngi Procter & Gamble (P&G) qida əlavələri istehsalçısı Thorne şirkətini 3,8 milyard ABŞ dollarına satın almaq barədə razılığa gəlib.

Marja xəbər verir ki, P&G-nin baş icraçı direktoru (CEO) Şaileş Cecurikar (Shailesh Jejurikar) CNBC-yə açıqlamasında bildirib ki, şirkət fərdi qulluq məhsullarına artan tələbdən yararlanmaq məqsədilə sağlamlıq və sağlam həyat tərzi (wellness) sahəsində fəaliyyətini genişləndirir.

O qeyd edib: "Deyə bilərəm ki, şirkətin artım tempini nəzərə aldıqda bu, əlverişli qiymətdir. Həmçinin bu məbləğ bazarda müşahidə etdiyimiz qiymətləndirmə standartlarına da müəyyən dərəcədə uyğundur."

Bu satınalma P&G-nin sağlamlıq və wellness bazarındakı mövqeyini gücləndirmək niyyətini göstərir. Ekspertlərin fikrincə, sövdələşmə profilaktik sağlamlıq tədbirlərinə artan maraq və arıqlama dərmanlarının geniş yayılması fonunda sürətlə böyüyən sağlam həyat tərzi bazarına yönəlmiş strateji addımdır.

Hazırda P&G-nin qida əlavələri portfelinə New Chapter, Metamucil və Align Probiotic brendləri daxildir.

Reuters agentliyinə danışan mənbələrin sözlərinə görə, istehlakçı sağlamlığı məhsulları istehsalçısı Haleon da iyun ayında Thorne şirkətinin alınması üçün təklif təqdim etmişdi.

1984-cü ildə əsası qoyulan Thorne 2021-ci ildə birjaya çıxıb. Şirkət 2023-cü ildə isə L Catterton investisiya fondu tərəfindən 680 milyon ABŞ dolları dəyərində sövdələşmə ilə satın alınaraq yenidən özəl şirkətə çevrilib.

Yeni razılaşmanın L Catterton fonduna 3 milyard ABŞ dollarından çox investisiya gəliri qazandıracağı gözlənilir.

Xəbərin açıqlanmasından sonra P&G-nin səhmləri çərşənbə axşamı günortadan sonrakı ticarət sessiyasında təxminən 1% bahalaşıb.

İş elanları AzVak.az-da

04.08.2026 22:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19