970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnsan müdaxiləsi olmadan uçan aparatlarla bağlı YENİ QANUN

Azərbaycanda dronlar yalnız xüsusi zonalarda uça biləcək. Dron uçuşundan ən azı 3 saat əvvəl məlumat verilməlidir. Avtonom pilotsuz uçuş aparatlarının istismarına dair tələblər ilk dəfə sistemli şəkildə müəyyən edilir
iç səhifə xəbər başlığı altı (mobil)_31
İnsan müdaxiləsi olmadan uçan aparatlarla bağlı YENİ QANUN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarına dair texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dəyişikliklərin əsas məqsədi mülki və eksperimental məqsədlərlə istifadə olunacaq avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyənləşdirmək, onların istismarı ilə bağlı tələbləri dəqiqləşdirmək və uçuşların təhlükəsizliyinin təmini üçün milli qanunvericilik tələbləri yaratmaqdır.

Qanunvericilikdə ilk dəfə olaraq “avtonom pilotsuz uçuş aparatı”, “avtonom pilotsuz uçuş aparatının operatoru” və “məsafədən idarəetmə mərkəzi” anlayışları öz əksini tapır. Bu isə avtonom pilotsuz aviasiya texnologiyalarının inkişafı fonunda yaranan yeni münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinə imkan verir.

Mühüm yeniliklərdən biri də avtonom pilotsuz uçuş aparatları üzrə avtomatlaşdırmanın müxtəlif səviyyələrinin müəyyən olunmasıdır. Qəbul edilən yanaşmaya əsasən, yüksək avtomatlaşdırma səviyyəsində uçuşun idarə olunması, ətraf mühitin müşahidəsi və qərarvermə prosesləri sistem tərəfindən həyata keçirilsə də, ümumi nəzarət və məsuliyyət operatorun üzərində qalır. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər, o cümlədən ehtiyat idarəetmə funksiyaları insan müdaxiləsi olmadan sistem tərəfindən yerinə yetirilir. Bu yanaşma süni intellekt texnologiyalarının aviasiyada tətbiqi üçün hüquqi əsasların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qanunda avtonom pilotsuz uçuş aparatlarının istismarına dair tələblər də ilk dəfə sistemli şəkildə müəyyən edilir. Belə ki, bu tip uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq.

Eyni zamanda operatorların hüquq və vəzifələri də aydın şəkildə tənzimlənir. Operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə nəzarət etməli, həyata keçirilən əməliyyatlarla bağlı məlumatları ən azı altı ay müddətində saxlamalı və onların mühafizəsini təmin etməlidirlər.

Dəyişikliklər çərçivəsində uçuşların təhlükəsizliyinin təmini və hava məkanından istifadənin koordinasiyası ilə bağlı yeni mexanizmlər də nəzərdə tutulur. Avtonom pilotsuz uçuş aparatlarının uçuşları yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi əsasında həyata keçiriləcək.

Bundan başqa, nəzarət olunan hava məkanında əməliyyat aparmaq istəyən istismarçılar uçuşdan ən azı üç saat əvvəl zəruri məlumatları, o cümlədən qeydiyyat sertifikatının nömrəsini, uçuşun başlanma və başa çatma vaxtını, əməliyyatın xüsusiyyətlərini, eləcə də istismarçı sertifikatının və ya əməliyyat icazəsinin surətini elektron qaydada aidiyyəti mərkəzə təqdim etməli olacaqlar.

Vurğulanıb ki, ümumilikdə dəyişikliklər avtonom pilotsuz aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək.

İş elanları AzVak.az-da

03.08.2026 17:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19